Icma.az
close
up
RU
Toy, yas, sosial media... Rəqsanənin hər addımı izlənəcək

Toy, yas, sosial media... Rəqsanənin hər addımı izlənəcək

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rəqsanə İsmayılovanın barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunmasından sonra ictimaiyyəti bir sıra sual maraqlandırır. Suallardan biri Sabunçu rayon Məhkəməsinin verdiyi qərarın onun müğənini kimi fəaliyyətinə mane olub-olmamasıdır.

“Təqsirləndirilən şəxsin ev dustaqlığına buraxılması mütləq şəkildə onunla zərərçəkmiş şəxs arasında müəyyən məsələlərdə razılaşma tələb olunur. Bununla bağlı sübutlar mütləq məhkəməyə təqdim olunmalıdır. Ondan əlavə, təqsirləndirilən şəxsin səhhəti, onun daimi yaşayış yerinin, ictimai nüfuzlu şəxs olması, o cümlədən, istintaqın gedişatına mane olmaması şəxsin ev dustaqlığına buraxılması üçün əsasdır”.

Bunu “Yeni Sabah”a hüquqşünas Ramil Süleymanov deyib.

Onun sözlərinə görə, məhkəmə təqsirləndirilən şəxsin üzərinə müəyyən öhdəliklər də qoya bilər:

“Bu öhdəliklər yaşadığı ərazini müəyyən hüdudlar çərçivəsində tərk etməməsi, üzərinə bağlanan texniki vasitəyə qulluq göstərməsidir. Həmçinin ev dustaqlığı müddətində, istintaqın gedişinə hər hansısa vasitələrlə təsir , zərərçəkən şəxslərə, şahidlərə təsir göstərməməsi ev dustaqlığının tələblərindən biridir”.

Ramil Süleymanov vurğulayıb ki, məhkəmənin qərarı ilə şəxsin bir sıra tədbirlərdə iştirakı qadağan oluna bilər:

“Eyni zamanda, məhkəmə əlavə öhdəliklər qoya bilər: Şəxs kütləvi tədbirlərdə, toylarda, yaslarda, mitinqlərdə, nümayişlərdə iştirak edə bilməz. Məhkəmənin qərarı ilə ev dustaqlığına buraxılan şəxsə istintaqın gedişinə mane ola biləcək ictimai təsir mexanizmlərdən – kütləvi informasiya vasitələrində çıxış, sosial şəbəkələrdə paylaşımlar qadağan edilə bilər”.

Hüquqşünas qeyd edib ki, ev dustaqlığı zamanı şəxsin hərəkət edə biləcəyi hüdudları da məhkəmə müəyyən edir:

“Ev dustaqlığına buraxılan şəxsin hansı hüdudlarda evindən kənara çıxacağına məhkəmə qərar verir. Bununla bağlı qanunvericilikdə konkret qərar yoxdur. Məsələn, bu hüdudlar yaşadığı rayon ərazisi də ola bilər, Bakı şəhəri də, Abşeron yarımadası da ola bilər.

Təqsirləndirilən şəxsin üzərində olan qolbaq şəxsin hansı ərazi hüdudlarında hərəkət etməsini birbaşa göstərir.

Eyni zamanda, təqsirləndirilən şəxs tərəfindən əsaslandırılmış ərizə təqdim olunmaqla, yaşadığı şəhərdən də uzaqlaşa bilər. Müəyyən müddətdə o, yaşadığı şəhərdən gedib geri qayıda bilər.

Konkret hansı hallarda çıxa biləcəyi barədə zəruri tələb yoxdur, sadəcə əsaslandırılmış ərizə təqdim etmək ev dustaqlığına buraxılan şəxsin borcudur”.

Xatırladaq ki, 1979-cu il təvəllüdlü Rəqsanə İsmayılova avqustun 16-da həbs olunmuşdu. Ona qarşı Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham irəli sürülüb. Müğənni 2 nəfərin 35 min manat dəyərində qızıl-zinət əşyalarını və 520 min dollar pulunu ələ keçirməkdə ittiham olunur.

Əsmətxanım Rzazadə


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 20 Noyabr 2025 20:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see295

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see283

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see257

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see228

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see228

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see227

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see221

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see217

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see216

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see205

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see195

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see194

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see191

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see191

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see190

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see187

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see187

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see185

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri