Toya çatmaq üçün təyyarənin arxasınca qaçdılar Video
Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiyanın Moskva şəhərindəki Şeremetyevo hava limanında iki qadın sərnişin uçuşa hazırlaşan təyyarəyə çatmaq üçün çamadanları ilə birlikdə uçuş-enmə zolağına qaçıb.
“Qafqazinfo” xəbər verir ki, “Aeroflot” aviaşirkətinin təyyarəsi hərəkətə başlayarkən qadınlar onun arxasınca qaçıblar.
Qadınların təyyarəni dayandırmaq cəhdi hava limanı əməkdaşlarının müdaxiləsi ilə başa çatıb. Təhlükəsizlik əməkdaşları və polis onları uçuş-enmə zolağından uzaqlaşdırıb. Təyyarə isə qısa müddət sonra hava limanını tərk edib.
Hadisədən sonra qadınların kimliyi və nə üçün belə addım atdıqları da məlum olub. Onların Türkiyə vətəndaşları olduğu və Bodrumda keçiriləcək bacılarının toyuna getdikləri müəyyənləşib.
Qadınlardan biri toyun Muğlanın Bodrum rayonunda keçiriləcəyini bildirib. Uçuşu qaçırmamaq üçün təyyarənin arxasınca qaçan qadınlar buna baxmayaraq təyyarəyə minə bilməyiblər.
Hadisə hava limanının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Qadınlar saxlanıldıqdan sonra təhlükəsizlik qaydalarını pozduqları üçün barələrində inzibati tədbir görülüb və cərimələniblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:247
Bu xəbər 14 Avqust 2026 03:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















