Icma.az
close
up
RU
Toya getmək istəməyən bacısını boğub öldürdü, həbs olunmadı Bakıda ŞOK QƏTL

Toya getmək istəməyən bacısını boğub öldürdü, həbs olunmadı Bakıda ŞOK QƏTL

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

CİNAYƏT İŞİ

Qısa arayış...

2023-cü il oktyabrın 12-də Bakının Binəqədi rayonunda qətl hadisəsi olur. Daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşları hadisə yerinə yollanır. Məlum olur ki, cinayət hadisəsi Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində yerləşən nömrəsiz fərdi evdə baş verib.

Otaqda, boğaz nahiyəsində boğulmağa xarakterik və digər xəsarət izləri ilə 2003-cü il təvəllüdlü İlahə Kərimovanın meyiti aşkar edilib. 40-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən cinayəti törədən 2004-cü il təvəllüdlü Həsən Kərimov saxlanılıb.


Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, oktyabrın 12-i saat 23 radələrində yaşadıqları evdə İlahə Kərimova mobil telefonla danışan anası Brilyant İmanovanı təhqir edib. Qız bildirib ki, o, növbəti günlərdə Ağcabədi rayonunda baş tutacaq toy məclisində iştirak etməyəcək. Həsən Kərimov bacısına yaxınlaşıb, irad bildirərək ondan sakitləşməsini tələb edib. Amma İlahə Kərimova əksinə, qardaşının ünvanına da nalayiq ifadələr işlədib. Üzünü cırmaqlayıb, onun dodağına, boyununa və sinəsinə xəsarətlər yetirib. Həsən Kərimov bacısının hərəkətlərindən qəzəblənərək, onu öldürməyi düşünüb. Beləcə o, İlahənin bədəninin müxtəlif nahiyyələrinə yumruqla zərbələr vuraraq, başını döşəməyə çırpıb.

Bacısının ölmədiyini görüb, digər otaqdakı şkafdan idman çantasının kəmərini götürüb. İlahə qardaşının otağa daxil olmasının qarşısını almaqdan ötrü qapını örtməyə çalışsa da, Həsən onun müqavimətini qırıb içəri girib. Anasının yalvarışına məhəl qoymayaraq, onun gözləri qarşısında kəməri bacısının boynuna dolayıb, özünə doğru dartıb və 3-4 dəqiqə sıxaraq, saxlayıb. Nəticədə gənc qız ölüb.
İş üzrə dindirilmiş Həsən Kərimov bildirib ki, Ağdam şəhərində anadan olub. Anası və bacısı ilə Bakıda, Sulutəpə qəsəbəsində yaşayıb:

“İlahə Azərbaycan Dövlət Pedaqoji Kollecində təhsil alırdı. Mütəmadi evdə bizimlə ailə-məişət zəminində münaqişələr yaradıb. Bununla əlaqədar anam dəfələrlə 102 xidmətinə zəng edib, məlumat verib”.


Məhkəmə iclasında Həsən Kərimov ittiham üzrə özünü təqsirli bilib və istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirib.
Zərərçəkmiş şəxsin hüquqi varisi ifadəsində göstərib ki, qızı vaxt aşırı evdə mübahisələr yaradıb. Bununla əlaqədar, o dəfələrlə polisə müraciət edib:

“Amma sonra şikayət ərizəmi geri götürürdüm. Hadisə günü də, qızım hər hansı əsaslı səbəb olmadan telefonla danışmağıma müdaxilə edərək, mənimlə dalaşmağa başladı. Hədələdi ki, toyda iştirak etsəm, mənim üçün pis olacaq. Buna görə də, Həsən mübahisəmizə müdaxilə etdi”.


Şahid qismində dindirilmiş qonşular bildiriblər ki, oktyabrın 12-də axşam Həsəngilin evində dava-dalaş səsi eşidiblər. Sonra biliblər ki, ölüm hadisəsi baş verib. Hadisə yerinə polis əməkdaşları gəliblər. Onlar birmənalı olaraq, təqsirləndirilən şəxsi sakit təbiətli, münaqişədən uzaq olan, yaşadığı məhəllədə qonşulara hörmətlə yanaşan oğlan kimi tanıdıqlarını deyiblər. 
Məhkəmənin gedişatında 2 dəfə keçirilmiş məhkəmə-psixiatrık ekspertizalarının rəyləri arasında ziddiyyət olduğundan dövlət ittihamçısının vəsatəti əsasında təkrar ekspertiza təyin olunub. Bir müddətdən sonra, komisyon stasionar ekspertizanın rəyi açıqlanıb. Məlum olub ki, Həsən Kərimov ittiham olunan cinayət əməlini törətməzdən əvvəl psixi pozuntudan əziyyət çəkib. O, hərəkətlərinin faktiki xarakterini dərk və onları idarə etmək iqtidarında olmayıb. Buna görə də Kərimov anlaqsız hesab edilməlidir.


Prokuror ittiham nitqi ilə çıxış edərək məhkəmədən təqsirləndirilən şəxsə 16 il cəza təyin edilməsini istəyib.
Məhkəmə nəticəyə gəlib ki, Həsən Kərimovun Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilib. 
Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 21-ci (anlaqsızlıq) maddəsinin tələblərinə müvafiq olaraq Həsən Kərimov cinayət məsuliyyətindən və cəzadan azad edilib, onun barəsində tibbi xarakterli məcburi tədbirlər təyin olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://lent.az
archiveBu xəbər 28 Aprel 2025 20:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see517

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see239

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see231

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see217

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see216

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see214

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see214

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see203

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see201

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see195

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see193

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see189

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see186

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see164

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see161

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see160

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see159

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see155

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri