Icma.az
close
up
RU
Toya getmək istəməyən bacısını boğub öldürdü: Bakıda tələbə qızın qətlə yetirildiyi evdən FOTOLAR KONKRET

Toya getmək istəməyən bacısını boğub öldürdü: Bakıda tələbə qızın qətlə yetirildiyi evdən FOTOLAR KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2023-cü il oktyabrın 12-də Bakının Binəqədi rayonunda qətl hadisəsi olur. Daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşları hadisə yerinə yollanırlar. Məlum olur ki, cinayət hadisəsi Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində yerləşən nömrəsiz fərdi evdə baş verib.

Otaqda, boğaz nahiyəsində boğulmağa xarakterik və digər xəsarət izləri ilə 2003-cü il təvəllüdlü İlahə Kərimovanın meyiti aşkarlanıb. 40-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən cinayəti törədən 2004-cü il təvəllüdlü Həsən Kərimov saxlanılıb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

KONKRET.az xəbər verir ki, Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, oktyabrın 12-si saat 23 radələrində yaşadıqları evdə İlahə Kərimova mobil telefonla danışan anası Brilyant İmanovanı təhqir edib. Qız bildirib ki, o, növbəti günlərdə Ağcabədi rayonunda baş tutacaq toy məclisində iştirak etməyəcək. Həsən Kərimov bacısına yaxınlaşıb, irad bildirərək ondan sakitləşməsini tələb edib. Amma İlahə Kərimova əksinə, qardaşının ünvanına da nalayiq ifadələr işlədib. Üzünü cırmaqlayıb, onun dodağına, boynuna və sinəsinə xəsarətlər yetirib. Həsən Kərimov bacısının hərəkətlərindən qəzəblənərək, onu öldürməyi düşünüb. Beləcə o, İlahənin bədəninin müxtəlif nahiyələrinə yumruqla zərbələr vuraraq, başını döşəməyə çırpıb.

Bacısının ölmədiyini görüb, digər otaqdakı şkafdan idman çantasının kəmərini götürüb. İlahə qardaşının otağa daxil olmasının qarşısını almaqdan ötrü qapını örtməyə çalışsa da, Həsən onun müqavimətini qırıb içəri girib. Anasının yalvarışına məhəl qoymayaraq, onun gözləri qarşısında kəməri bacısının boynuna dolayıb, özünə doğru dartıb və 3-4 dəqiqə sıxaraq, saxlayıb. Nəticədə, gənc qız ölüb.

İş üzrə dindirilmiş Həsən Kərimov bildirib ki, Ağdam şəhərində anadan olub. Anası və bacısı ilə Bakıda, Sulutəpə qəsəbəsində yaşayıb:

“İlahə Azərbaycan Dövlət Pedaqoji Kollecində təhsil alırdı. Mütəmadi evdə bizimlə ailə-məişət zəminində münaqişələr yaradıb. Bununla əlaqədar anam dəfələrlə “102” xidmətinə zəng edib, məlumat verib”.

Məhkəmə iclasında Həsən Kərimov ittiham üzrə özünü təqsirli bilib və istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirib.

Zərərçəkmiş şəxsin hüquqi varisi ifadəsində göstərib ki, qızı vaxtaşırı evdə mübahisələr yaradıb. Bununla əlaqədar, o, dəfələrlə polisə müraciət edib:

“Amma sonra şikayət ərizəmi geri götürürdüm. Hadisə günü də, qızım hər hansı əsaslı səbəb olmadan telefonla danışmağıma müdaxilə edərək, mənimlə dalaşmağa başladı. Hədələdi ki, toyda iştirak etsəm, mənim üçün pis olacaq. Buna görə də, Həsən mübahisəmizə müdaxilə etdi”.

Şahid qismində dindirilmiş qonşular bildiriblər ki, oktyabrın 12-də axşam Həsəngilin evində dava-dalaş səsi eşidiblər. Sonra biliblər ki, ölüm hadisəsi baş verib. Hadisə yerinə polis əməkdaşları gəliblər. Onlar birmənalı olaraq, təqsirləndirilən şəxsi sakit təbiətli, münaqişədən uzaq olan, yaşadığı məhəllədə qonşulara hörmətlə yanaşan oğlan kimi tanıdıqlarını deyiblər.

Məhkəmənin gedişatında 2 dəfə keçirilmiş məhkəmə-psixiatrık ekspertizalarının rəyləri arasında ziddiyyət olduğundan dövlət ittihamçısının vəsatəti əsasında təkrar ekspertiza təyin olunub. Bir müddətdən sonra, komisyon stasionar ekspertizanın rəyi açıqlanıb. Məlum olub ki, Həsən Kərimov ittiham olunan cinayət əməlini törətməzdən əvvəl psixi pozuntudan əziyyət çəkib. O, hərəkətlərinin faktiki xarakterini dərk və onları idarə etmək iqtidarında olmayıb. Buna görə də, Kərimov anlaqsız hesab edilməlidir.

Prokuror ittiham nitqi ilə çıxış edərək məhkəmədən təqsirləndirilən şəxsə 16 il cəza təyin edilməsini istəyib.

Məhkəmə nəticəyə gəlib ki, Həsən Kərimovun Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 21-ci (anlaqsızlıq) maddəsinin tələblərinə müvafiq olaraq Həsən Kərimov cinayət məsuliyyətindən və cəzadan azad edilib, onun barəsində tibbi xarakterli məcburi tədbirlər təyin olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://konkret.az
archiveBu xəbər 29 Aprel 2025 00:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see303

Fransada XVI əsrə aid qeyri adi dar ağacı tapıldı

14 Dekabr 2025 01:26see238

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see212

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see201

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see191

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see185

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see165

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili SAVAŞ MESAJI verdi

14 Dekabr 2025 11:07see160

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see152

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see148

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see148

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see144

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see140

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see139

Orban: Rusiya aktivlərinin müsadirəsi müharibə elanına bərabərdir

14 Dekabr 2025 03:48see139

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see137

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see135

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see135

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see134

Ramzan xüsusi hərbi əməliyyat zonasına 80 SUV göndərdi...

14 Dekabr 2025 01:22see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri