Icma.az
close
up
RU
​Toydan bir gün sonra boşandılar: səbəb bu imiş

​Toydan bir gün sonra boşandılar: səbəb bu imiş

Metbuat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Millət vəkili Ceyhun Məmmədovun tanış bir hakimin təcrübəsinə istinadən paylaşdığı fakt - gənclərin nikahdan cəmi bir gün sonra boşanmaq üçün məhkəməyə müraciət etməsi cəmiyyətdə ciddi rezonans doğurub. Bu açıqlama müasir dövrdə ailə institutunun üzləşdiyi dərin mənəvi və psixoloji böhranın miqyasını növbəti dəfə gözlər önünə sərir. Məsələnin kökündə dayanan psixoloji amillər, illüziyaların dağılması və real məsuliyyətlə qəfil qarşılaşma anı böyük maraq doğurur.

Psixoloq Vüsalə Rüstəm Metbuat.az saytına açıqlamasında deyib ki, toydan dərhal sonra baş verən bu cür boşanmaların arxasında emosional yetkinliyin olmaması və münasibətlərin tamamilə zahiri, qondarma dəyərlər üzərində qurulması dayanır:

“Gənclər çox vaxt evliliyi yalnız təmtəraqlı bir toy məclisindən və sosial şəbəkələrdə nümayiş etdiriləcək ideal kadrlardan ibarət hesab edirlər, lakin şənlik ab-havası bitib real həyat başladıqda ilk psixoloji toqquşmada dözümsüzlük nümayiş etdirirlər”.

Fotoda: psixoloq Vüsalə Rüstəm

Psixoloq qeyd edib ki, cütlüklərin bir günün içində ayrılma qərarı verməsi onların qarşılıqlı güzəşt mədəniyyətindən uzaq olduqlarını, nikahdan əvvəl tərəfdaşlarının real xarakterini, gizli psixoloji travmalarını və gözləntilərini düzgün analiz etmədiklərini göstərir: “Nikahın ilk günündə tərəflərin bir-birinin hər hansı bir hərəkətinə, ifadəsinə və ya keçmişinə aid qəfil üzə çıxan bir sirlə bağlı göstərdiyi aqressiv və barışmaz reaksiya, daxili qorxuların və psixoloji hazırlıqsızlığın pik nöqtəsidir. Belə anlarda tərəflər problemi dialoq yolu ilə həll etmək əvəzinə, fərdi eqolarını qorumaq üçün ən asan yolu - qaçışı və boşanmanı seçirlər ki, bu da müasir gəncliyin psixoloji dayanıqlığının son dərəcə zəif olduğunu sübut edir”.

Mütəxəssis vurğulayıb ki, bəzi hallarda kişilərdə gizli psixoloji pozuntu olduğu üçün ağla gəlməyən fantaziyalarını həyata keçirmək istəyirlər, bu isə qarşı tərəfdə təhqir və şəxsiyyətin alçalması kimi anlaşılır və geridönüşsüz proses baş verir: “Qadın gedən də, ata-ana sözü ilə dözüb həmin kişi ilə eyni damın altında qalanda da zərərçəkmiş tərəf olur”.

Vüsalə Rüstəm evlənmək istəyən gənclərə tövsiyə edib ki, hisslərin ötəri heyranlığına qapılmaq əvəzinə, bir-birlərini xarakter, dünyagörüşü və həyat prinsipləri baxımından dərindən tanımağa zaman ayırsınlar: “Evlilik yalnız sevgi dumanından ibarət deyil. Bura qarşılıqlı hörmət, böyük məsuliyyət və ən çətin anlarda belə ortaq məxrəcə gələ bilmək bacarığı daxildir. Gənclər toy öncəsi mütləq psixoloji hazırlıqdan keçməli, ailə həyatının gətirdiyi öhdəlikləri dərk etməli, münasibətləri illüziyalar deyil, real təməllər üzərində qurmağa çalışmalıdırlar”.

Səbinə Hüseynzadə / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 27 İyun 2026 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see292

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see280

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see250

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see225

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see223

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see220

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see214

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see210

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see210

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see200

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see190

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see187

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see186

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see186

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see184

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see183

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see180

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see180

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri