Icma.az
close
up
RU
Toydan əvvəl yeni şərt: Ayıb, yoxsa zərurət?

Toydan əvvəl yeni şərt: Ayıb, yoxsa zərurət?

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi Azərbaycanda qızına elçi gələn bir ata oğlandan sağlamlıq haqqında arayış (venereoloji və narkotestlər) istəyib.

Ölkə.Az yazır ki, bu barədə şəxsi inkişaf kouçu Gülgün Quliyevanın paylaşımı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Atanın bu addımını sosial şəbəkə istifadəçilərinin böyük əksəriyyəti dəstəkləyib. Paralel olaraq bunun gənclərdə əlavə psixoloji yük yaradacağını düşünənlər də var.

Müzakirələrlə bağlı Ölkə.Az-a danışan kulturoloq Aydın Xan Əbilov sağlamlıqla bağlı testlərin sayının artırılmasını və icbari (məcburi) olmasını təklif edib:

“İllərdir biz dövlət qurumlarından tələb edirdik ki, nikaha girmək istəyən tərəflərdən sağlamlıqla bağlı müəyyən arayışlar tələb olunsun. İndi isə həm də narkoloji və psixoloji sağlamlıqla bağlı arayışın tələbinin qanunvericiliyə daxil edilməsini xahiş edirik. İctimaiyyətin rəyi bu məsələdə çox önəmlidir. 

Bəli, ola bilər ki, elə şəxslər olsun ki, onlar müəyyən etik məsələlərlə bağlı bu arayışları vermək istəmirlər. Amma rəsmi tələb olunan sağlamlıqla bağlı arayışdan söhbət getmir. 
Tutaq ki, test vermək istəməyən qan xəstəliyi, yaxud sağalmaz, eləcə də veneroloji (əsasən cinsi əlaqə yolu ilə bir insandan digərinə keçən infeksiya) xəstəlikləri varsa, bu şəxslər öhdəlik götürsünlər ki, intim əlaqə zamanı qoruyuculardan istifadə edəcəklər, təbii yolla yox, süni yolla mayalanmadan istifadə edərək dünyaya uşaq gətirəcəklər.*

Bu nə üçündür? Son illər boşanma statistikalarına nəzər salanda görürük ki, bu və digər dərəcədə intim xəstəliklərlə, görünən və görünməyən problemlərlə bağlı tərəflər arasında mübahisələrin yaranır”.

A.Əbilov cinsi azlıq kateroqiyasında olan bəzi şəxslərin zorla evləndirilməsinin də mənfi nəticələr doğurduğunu söyləyib:

“Bizim mental dəyərlərə görə gənclər mütləq evlənməlidir, ata-ana toy görməlidir və s. Çox gülünc bəhanələrlə uşaqlarımızı bədbəxt etməyimiz, uşaqları kimlə gəldik evləndirməyimizin fəsadlarını biz artıq boşanmaların statistik nəticələrində görürük. 

Hətta son illərdə impotent, kişilik zəifliyi, qadınlığında müxtəlif xəstəliklər, hətta sağılmaz xəstəliklərlə olan gəncləri belə evləndirirlər. 

Cinsi azlıq nümayəndələrini əks cinsin nümayəndəsi ilə evləndirməyə, ərə verməyə, qız almağa səy göstərən valideynlərimiz də var. Onlar sosial və tibbi problemlərin əhəmiyyətinə varmadan öz uşaqlarını evləndirmək istəyirlər ki, qonşu görsün ki, mənim oğlum/qızım problemli deyil, toyunu edirəm və yaxud pulumu yığıram və s. Bunu da fəsadları artıq özünü göstərməkdədir. 

Üstəlik, bir çox şəxslər var ki, subaylığında min hoqqadan çıxır və spid kimi sağalmaz bəlalara mübtəla olur, sonra gəlib özlərindən qat-qat kiçik yaşda olan qızlarla evlənmək istəyirlər. Evlənəndən sonra da ailədə artıq problemlər ortaya çıxanda boşanmalar, ailədaxili münaqişələr olur”.

Ekspert artıq müəyyən mənada ailədə ənənələrin və tələblərin dəyişməsini müsbət hal kimi qiymətləndirib:

“Həyat yerində durmur, ənənələr dəyişir. Doğrudan da əvvəllər cehiz, qızıl, var-dövlət, ev tələb olunurdusa, indi oğlanın və qızın iş yeri, diplomunu tələb etmək lazımdır. Xüsusən də insanlarımız qarşı tərəfə ali təhsil, peşə bacarıqları, ailəsini, gələcəkdə uşağını iqtisadi cəhətdən təmin edə biləcək tələblər qoymalıdırlar. 

Heç də sirr deyil ki, narkotika bizim gəncliyimizi məhv edir. Məndən olsa, deyərdim ki, psixotropik, sintetik və yarısintetik maddələr, eyni zamanda narkoloji maddələrlə bağlı testi tələb etmək lazımdır. Fikrimcə, bununla yanaşı, sağlam həyat tərzinin keçirilməsi, enrgetik içkilər, eyni zamanda qəlyandan istifadə etməsi, qumar və s. asılılığı ilə bağlı, həmçinin psixonevroloji və digər sağlamlıq testlərin keçirilməsi daha doğru olar. Gənc ailənin xoşbəxtliyi çox önəmlidir. Buna görə də heç nədən çəkinmək utanmaq lazım deyil. Sırf bunun üçün ənənələri dağıtmaq, stereotipləri məhv etmək heç də pis olmaz.

Valideynlər çox düzgün edirlər. Böyük nəslin nümayəndələri bunların fəsadlarını çox əla bilirlər. Gənclər ola bilər ki, ailəyə barmaqarası baxırlar. Elə bilirlər ki, tiktokda, instaqramda olduğu kimi tez-bazar rəqs edəcəklər, pullar yığılacaq, dostları ilə yeyib-içəcəklər, ondan sonra hər şey qutaracaq. Amma ailə məsuliyyət, cəmiyyətə yeni övladlar gətirmək deməkdir. 

Son illər bizim rəsmi qeydiyyətdən keçmiş 50 mindən çox əlil uşaqlarımız var. Onlar həmin xəstəliklər nəticəsində toy etdiyimiz gənclərin izdivacından dünyaya gəlir.
Testləri məcburi etmək lazımdır ki, gənclər ailəyə oyuncaq kimi baxmasın, ailə məsuliyyəti ilə bağlı ciddi düşünsünlər. Bu, bütün dünyada var və biz də buna ciddi nəzərat edilməliyik. 

Eyni zamanda qanunvericilikdə bu arayışları pulla, hansısa əyri yollarla arayış alan şəxslərin cəzası çox ciddi ağırlaşdırılmalıdır. Cərimələrlə yanaşı, həm də həbs qətimkan tədbiri seçilməlidir ki, heç kim risk edib gələcəyimizi və ailə təməlimizi dağıtmağa səy göstərməsin, mənfi adımlar atmasın”.

Billurə Yunus
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://olke.az
archiveBu xəbər 13 Yanvar 2026 19:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see268

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see251

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see226

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see225

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see222

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see208

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see207

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see204

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see197

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see197

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see196

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see186

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see179

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see178

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see178

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see173

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see166

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see162

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri