Icma.az
close
up
RU
Toydan qayıdan kürəkən qayınatasına hücum etdi TƏFƏRRÜAT

Toydan qayıdan kürəkən qayınatasına hücum etdi TƏFƏRRÜAT

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Cəlilabad rayonunda 31 yaşlı oğlan qayınatasına xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin oktyabrın 6-da rayonun Günəşli kəndində baş verib. Kənd sakini, 1994-cü il təvəllüdlü Fərid həmin gün saat 18 radələrində kənd daxili yolda “Mercedes” markalı avtomobili ilə hərəkətdə olarkən onunla əks istiqamətdə “Mercedes” markalı avtomobili ilə hərəkətdə olan qayınatası Oqtayın onu təhqir etməsini əsas gətirib və aralarında yaranmış mübahisəni aydınlaşdırmaqdan ötrü zərərçəkmiş şəxsin arxası ilə hərəkətini davam etdirib.
Bir neçə dəqiqə sonra Günəşli kəndində kənd daxili yolda zərərçəkmiş şəxsin avtomobilini yolun sağ kənarında saxladığını görüb və öz avtomobilini onun avtomobilinin qarşısında saxlayıb. Kürəkən avtomobilindən düşərək qayınatasına yaxınlaşıb. O, avtomobilin sürücü qapısını açaraq qayınatasının yaxasından tutaraq onu çölə çıxarıb. 
Zərərçəkmiş şəxs avtomobilinə qayıtmaq istəyərkən heç bir əsaslı səbəb olmadan onun baş nahiyəsinə qəsdən bir dəfə təpiklə zərbə vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib. 
Hadisəni törədən Fəridin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş şəxsin qızı Günellə təxminən 10 il olar evlənib və həmin zamandan etibarən Oqtayla münasibətləri yaxşı deyil: “Ötən ilin oktyabrın 6-da Cəlilabad rayonu ərazisində toy məclisində spirtli içki qəbul etdim və təxminən saat 18 radələrində yaşadığım Günəşli kəndinə qayıtdım. “Mercedes" markalı  avtomobili ilə kənd ərazisində hərəkətdə olduğum vaxt qayınatamın “Mercedes” markalı avtomobili ilə hərəkətdə olmasını gördüm. Biz qarşı-qarşıya gəldik. Oqtayın avtomobildən mənə doğru baxdığını gördüm. Ona  dedim ki, nə lazımdır, nəyə baxırsan. Bu zaman Oqtay avtomobilindən ünvanıma nalayiq söyüşlər söydü və hərəkətini davam etdirərək oradan uzaqlaşdı. Həmin vaxt sərxoş olduğumdan dediyi nalayiq söyüşlərə görə avtomobili ilə Oqtayın arxası ilə getməyə başladım. Oqtay yolda avtomobilini yolun sağ kənarına verərək saxladı. Mən də avtomobilimi Oqtayın avtomobilinin qarşısına verdim və orada saxlayaraq yerə düşdüm. Oqtayın avtomobilinə yaxınlaşdım. Bu zaman Oqtay avtomobildən düşərək üzərimə gəldi və sifət nahiyəmə yumruqla bir dəfə zərbə vurdu. Daha sonra avtomobilinə gedərək bıçaq götürdüyünü gördüm. Oqtay avtomobildən çıxanda onun baş nahiyəsinə təpiklə bir dəfə zərbə vurdum. Oqtay zərbənin təsirindən aşağı çökərək yerdə oturdu. Onun baş nahiyəsindən qan gəldiyini gördüm”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Oqtay əlində olan bıçaqla yenidən onun üzərinə gəlib: “Lakin ətrafda olan şəxslər ona mane oldu. Mübahisə daha da böyüməsin deyə dərhal avtomobilimə əyləşərək oradan uzaqlaşdım”. 
İş üzrə zərərçəkmiş Oqtayın sözlərinə görə, son illər təqsirləndirilən şəxslə münasibətləri yaxşı deyil: “Oktyabrın 6-da, təxminən saat 18 radələrində özümə məxsus “Mercedes” markalı avtomobili ilə qızım və arvadımla toya getmək üçün Günəşli kəndi ərazisində hərəkətdə olduğum  zaman kürəkənimin idarə etdiyi “Mercedes” markalı avtomobili ilə hərəkətdə olduğu yolda qarşımı kəsdi və idarə etdiyi avtomobildən qarşı nalayiq ifadələr işlətməyə başladı. Təqsirləndirilən şəxs dediklərinə əhəmiyyət verməyərək hərəkətimi davam etdirərək oradan uzaqlaşdım. Təxminən 5 dəqiqə sonra Günəli kəndi ərazisindəki küçələrdən birində avtomobilim ilə hərəkətdə olduğum zaman Fəridin yenidən avtomobillə arxam ilə gəldiyini gördüm. Avtomobilimi yolun sağ tərəfinə verərək saxladım ki, getsin və mənimlə işi olmasın. Fərid gələrək avtomobilimin qarşısında saxladı. Avtomobilindən düşərək mənə yaxınlaşdı və sürücü qapısını açaraq yaxamdan tutdu, məni çölə çıxardı. Bu zaman qızım və arvadım  qışqıraraq dedilər ki, avtomobil gedir. Avtomobilin asta sürətlə hərəkət etdiyini gördüm və Fəridi özümdən itələyərək onun əlindən çıxdım. Avtomobilimə tərəf getdim ki, avtomobili söndürüm. Bu zaman Fərid arxadan baş nahiyəmə bir dəfə zərbə vurdu. Buna baxmayaraq avtomobilin mühərrikini söndürə bildim. Bu zaman arvadım avtomobildən düşərək qışqırdı, kömək istədi. Fərid bundan qorxaraq oradan uzaqlaşdı”. 
Bu cinayət işinə Cəlilabad Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə 5 ay 10 gün müddətinə islah işləri cəzası verilib. 
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 02 Sentyabr 2025 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri