Dəhşətli qəzada ölənlər toydan gəlirmişlər TƏFƏRRÜAT
Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.
Suraxanı rayonu ərazisində, Zığ-Hava Limanı yolunda baş verən dəhşətli qəzanın təfərrüatı məlum olub.
Bizim.Media “oxu.az”a istinadla xəbər verir ki, hadisə zamanı 1965-ci il təvəllüdlü Azad Əhmədov, yeznəsi 1986-cı il təvəllüdlü Elvin Əsgərov və Azad Əhmədovun bibisi oğlu 1984-cü il təvəllüdlü Samir Məmmədov qohumlarının toyundan qayıdırmışlar.
Onlar yolun kənarında "Hyundai" markalı yük avtomobilinin yaxınlığında dayanaraq taksi gözləyiblər.
Həmin vaxt yüksək sürətlə hərəkət edən "Toyota Corolla" markalı avtomobil idarəetmədən çıxaraq əvvəlcə piyadaları vurub, daha sonra isə yük maşınına çırpılaraq yanıb.
Qəza nəticəsində Samir Məmmədov hadisə yerində, Elvin Əsgərov isə xəstəxanada ölüb. Hadisə zamanı xəsarət alan Azad Əhmədov hazırda komatoz vəziyyətdə xəstəxananın Reanimasiya şöbəsindədir.
Qəza zamanı "Toyota" markalı avtomobildə sərnişin qismində olan bir qadın da xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 14 Aprel 2026 08:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















