Icma.az
close
up
RU
Toydan sonra nağara ... Ukrayna ərazi itirəndən sonra ordu dəstəyi, Aİ və ya NATO ya üzvlüyü neyləyir?!

Toydan sonra nağara ... Ukrayna ərazi itirəndən sonra ordu dəstəyi, Aİ və ya NATO ya üzvlüyü neyləyir?!

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Politico" Baltikyanı ölkələrin diplomatlarının birgə məktubuna istinadən xəbər verir ki, Baltikyanı ölkələr, həmçinin Danimarka, İsveç və Finlandiya Brüsseli Ukraynanın Avropa İttifaqına sürətləndirilmiş şəkildə daxil olması üçün plan hazırlamağa çağırıb. Məktub müəllifləri Avropa İttifaqının rəhbərliyindən Kiyevin Aİ-yə daxil olması prosesini qətiyyətlə sürətləndirmək üçün “konkret təkliflər” təqdim etməyi xahiş edirlər. Məktubda qeyd edilir: "Ukraynanın Aİ-yə üzvlük perspektivlərinə tam və qeyd-şərtsiz sadiqliyimizi təsdiq edərək, üzvlük prosesini sürətləndirməyə çağırırıq. Bununla bağlı iddialı və effektiv qərarların qəbul edilməsinin vaxtı çatıb".Ukrayna Avropa İttifaqına üzv olarsa, nə dəyişə bilər?

“Ağ partiya” başqan müavini Əhəd Məhəmmədli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, dünyada elə bir təsəvvür yaranıb ki, Avropa Birliyinə üzv olan kimi artıq həmin ölkədə gül-çiçək açacaq, ölkədə korrupsiyaya son qoyulacaq, yerlibazlığa son qoyulacaq, ölkə inkişaf edəcək, valyuta dəyəri artacaq, maaş səviyyəsi yüksələcək, təqaüdlər qalxacaq, iş yerləri çoxalacaq.

Əhəd Məmmədli

“Əslində belə deyil. Bolqarıstan və Rumıniya Avropa Birliyinin üzvüdür. Gedin, əvvəlki olan vəziyyətlərini və indiki vəziyyətlərini soruşun, müqayisə edin. Statistikaya baxın, sadə vətəndaşlardan sorğu aparın. Görün ki, ciddi bir dəyişiklik olmayıb. Bolqarıstanın adi sərhəd məntəqəsi. Məsələn; Avropa Birliyinin üzvü olmayan Gürcüstanın gömrük məntəqəsində vəziyyət, qayda-qanun daha yerindədir, nəinki Avropa Birliyinin üzvü olan Bolqarıstanda... Zatən Bolqarıstan həmişə eyni vəziyyətdə olub. Varşava paktının üzvü olanda da. Sonra sosialist bloku dağıldı. İndi eyni vəziyyətdədir. PostVarşava dövründən sonra da eyni vəziyyətdə idi, Avropa Birliyinin üzvü oldu. Yenə aşağı yuxarı, eyni vəziyyətdədir, yeni korrupsiya tüğyan edir. Yenə xalq narazıdır, iş yerləri istənilən səviyyədə açılmır.

Rumıniyanı götürək; rumınlar Avropa Birliyinə üzv olmayanda da Fransa və Almaniyada qara işlərdə işləyirlər. Avropa Birliyinin üzvü olandan sonra da vəziyyəti düzəlməyib. Sadəcə olaraq, indi artıq daha rahatdır, sərhədləri yoxdur”-deyə politoloq qeyd edib.

Əhəd Məmmədli hesab edir ki, Rusiya özü də Ukraynanın Avropa Birliyinin üzvü olmağının əleyhinə deyil, NATO üzvü olmasının əleyhinədir.

“Ukrayna indiki ərazilərdə yox, bu ərazilərdən 20 faiz daha az ərazi ilə Avropa Birliyinin üzvü olacaqsa və Ukraynanı Avropa Birliyinin üzvü olmağa məcbur edəcəklərsə, bu zaman nə olacaq ki? Ukrayna üçün uğurdurmu?

Məsələn; Zelenski Ukraynanın təhlükəsizliyi üçün xarici ölkələrin qoşunlarının yeridilməsindən danışır. Ukraynada təmas xəttində Britaniya ordusundan söhbət gedir. Hətta Türk ordusundan belə söhbət gedir... Britaniyalılar deyirlər ki, " biz ordumuzu Ukraynaya yeridirik. Amma Ukraynanın təmas xəttinə, yox qırağa, Ukraynanın kənarına". Biz optimist olaraq düşünək ki, Britaniya ordusu, Türk ordusu, Lüksemburq ordusu Ukraynanın təmas xəttinə yeridildi. O zaman nə olacaq? Ərazi itirəndən sonra ordu yeridilməsinin nə mənası var? Artıq Ukraynanın təhlükəsizliyi 2014-cü ildən zərbə altındadır. Ukrayna hansı haldan hansı hala düşüb? Ukrayna Avropanın ərazi, əhali baxımından ən böyük ölkəsi idi. Ukrayna vaxtilə nüvə derjavası idi. 1991 1994-cü ilə qədər belə olub. Rusiyadan sonra ən güclü silah arsenal Ukraynada idi. İndi Ukrayna elə bir vəziyyətə düşüb ki, Avropaya yalvarır ki, “gəl, mənim təhlükəsizliyim üçün ordunu ərazimə yerit”...”-deyən politoloq qeyd edib ki,bu vəziyyət uğur hesab etmir.

Əhəd Məmmədlinin fikrincə, Ukrayna ərazi bütövlüyünü itirəndən sonra Avropa Birliyinin üzvü olmursa, lap NATO üzvü olsun, nə fərqi var ki...

“Bu, Ukrayna üçün uğursuzluqdur və son illərdə aparılan siyasətin nə qədər səhv olduğunun, Ukrayna üçün nə qədər böyük faciələr gətirdiyinin göstəricisidir”-deyə Əhəd Məmmədli bildirib.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 20 Mart 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Beyrutda Hizbullah hədəfinə zərbə endirdi

23 Noyabr 2025 19:22see221

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

22 Noyabr 2025 23:58see208

Sadıqovvari tənqid və.. nəticə?

23 Noyabr 2025 10:47see181

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

22 Noyabr 2025 13:21see142

Zirə autsayderə qarşı

22 Noyabr 2025 09:31see133

Misir telekanalında Azərbaycan musiqisi haqqında veriliş yayımlanıb

22 Noyabr 2025 01:42see132

Gündə neçə banan yemək olar? Faydaları

23 Noyabr 2025 06:06see132

“Bu gün tanış olmuşduq, xəbər gəldi ki, rəhmətə gedib…” Foto

22 Noyabr 2025 10:49see132

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

23 Noyabr 2025 01:38see131

Suriyanın bu şəhəri qorxu içindədir: Qadını yandırıb...

23 Noyabr 2025 19:22see131

Azərbaycanın tütün istehsalçısı satışdan nə qədər qazanıb?

23 Noyabr 2025 16:32see129

İsraildən sərt mesaj: “Bir neçə cəbhədə əməliyyatları genişləndiririk”

23 Noyabr 2025 16:56see127

Naxçıvanda yol qəzası olub, 4 nəfər xəsarət alıb

22 Noyabr 2025 19:20see127

Duz beyinə necə təsir edir?

22 Noyabr 2025 07:37see125

Almaniyada Ukrayna ilə bağlı Təhlükəsizlik Şurasının iclası keçirilib

23 Noyabr 2025 06:10see124

La Liqa: Barselona Kamp Nou ya qələbə ilə dönür

23 Noyabr 2025 02:12see121

Sabah Şamaxı matçında qolsuz BƏRABƏRLİK

23 Noyabr 2025 17:28see119

Karbohidratlı pəhrizin xeyrini bilirsiniz?

23 Noyabr 2025 17:32see119

Ləzizbəy üç il “dincələcək”

23 Noyabr 2025 00:57see118

Qırğızıstanın sabiq prezidentinin oğlu SAXLANILDI

22 Noyabr 2025 23:03see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri