Icma.az
close
up
RU
Toyların sayının azalması bu sahələrə mənfi təsir edir

Toyların sayının azalması bu sahələrə mənfi təsir edir

Icma.az, Sfera.az saytına istinadən bildirir.

Azərbaycanda son illərdə nikahların sayının azalması toy mərasimlərinin də sayına mənfi təsir göstərir. Bununla əlaqədar olaraq əvvəllər şadlıq evi kimi fəaliyyət göstərən xidmət müəssisələri təyinatını dəyişərək mərasim evlərinə çevrilirlər. 


Toyların azalması sadəcə şadlıq evlərinin sayının azalmasına səbəb olmur. Bu cür mərasimlərin sayının azalması həm də bəzi xidmət sahələrinin biznesini zəiflədir. 
 

Bəs Azərbaycanda toyların sayının azalması hansı sahələrə daha çox mənfi təsir edir? 


Sfera.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirdi ki, toy mərasimləri təkcə ailə qurulmasını əks etdirən tədbir deyil, o, həm də müxtəlif sektorlarda fəaliyyət göstərən insanlar üçün gəlir mənbəyidir.

Ekspert qeyd etdi ki, toyların azalması həmin xidmət sektorunda fəaliyyət göstərənlərin iqtisadi dövriyyəsinə, gəlirinə mənfi təsir göstərir:

"Toyun olması və bununla bağlı tədbirin keçirilməsi restoranların, xidmət sektorunun, nəqliyyat xidmətləri göstərən şəxslərin (taksi, avtomobil kirayəsi), dekorasiya və incəsənət sahəsində çalışan şəxslərin gəlir əldə etəsinə imkan yaradır. Bunlarla yanaşı toy mərasimləri restoranlar və iaşə müəssisələri ilə kənd təsərrüfatı və qida sənayesi məhsullarının alışı arasında sıx əlaqə də yaradır. Restoranlar ərzaq məhsullarını kənd təsərrüfatı istehsalçılarından, mağazalardan alır. Toyların azalması ərzaq mallarının satış dövriyyəsinə neqativ təsir göstərir". 


X.Kərimli toyların azalmasının qeyd edilən təsirləri ilə yanaşı çoxlu sayda insanın iş imkanlarını pisləşdirdiyini də vurğuladı:

"Bu sahələrdə işləyən işçilərin və ixtisası olmayan insanların da iş imkanlarını azalır. Toy mərasimlərinin azalması həm də ixtisası olmayan insanlar üçün, eləcə də daha çox əmək tələb edən sektorda çalışanlar üçün mühüm sosial və iqtisadi çətinliklər yaradır".  


X.Kərimli hesab edir ki, toyun təşkil edilməsi ilə bağlı ənənələrdə dəyişiklik bundan sonra da davam edəcək. Onun sözlərinə görə, əgər toylar azalarsa və daha kiçik ölçüdə keçirilərsə, bu zaman həm ailə büdcələri, həm də ümumi iqtisadiyyat üçün dəyişikliklər baş verə bilər:

"2020-ci ildə pandemiya səbəbindən toy mərasimləri tamamilə qadağan edilmişdi və bu, toyların sayının kəskin şəkildə azalmasına səbəb oldu. 2021-ci ilin yarısından sonra isə bu sayda müəyyən bir azalma davam etdi, amma 2022-ci ildən etibarən keçmişdə təxirə salınmış toy mərasimləri artmağa başladı və nəticədə toylar əvvəlki sayda baş tutmağa başladı. 2023-cü ildən sonra toy mərasimləri daha stabil bir hal aldı. İnsanlar artıq toyları daha sadə şəkildə keçirirlər. 


Hələ ki, istehlakçı davranışında ciddi bir dəyişiklik müşahidə olunmur. Əgər Azərbaycanda toy mərasimləri daha sadə, kompakt şəkildə keçirilərsə, o zaman insanlar arasında daha az büdcə tələb edən toy ənənələri yayılacaq. Lakin hal-hazırda insanlar hələ də ənənəvi və dəbdəbəli toyları təşkil etməyə davam edirlər. Bu isə ailələrə həm maliyyə, həm də sosial baxımdan çətinliklər yaradır".

Fidan Hacızadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:83
embedMənbə:https://sfera.az
archiveBu xəbər 01 Aprel 2025 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see198

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see196

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see183

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see172

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see148

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri