Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Toyların formatları dini və milli dəyərlərimizi təhrif edir ŞƏRH EDİLDİ

Toyların formatları dini və milli dəyərlərimizi təhrif edir ŞƏRH EDİLDİ

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Evlilik, bir sosial hadisə olaraq cəmiyyətin sağlam təməllər üzərində qurulması üçün önəmli bir elementdir. Cəmiyyətin düzgün inkişafı üçün ailələr sağlam və möhkəm təməllərə dayanan şəkildə qurulmalı və zamanla inkişaf etməlidir. Lakin son illərdə keçirilən toyların formatları bu prinsiplərə uyğun gəlmir və millətimizin adət-ənənələrini, o cümlədən dini və milli dəyərlərimizi təhrif edir". Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib.

O bildirib ki, şəxsən, keçmişdə keçirilən toyların da formatının tərəfdarı deyiləm: "Keçmişdə edilən toylarımızda da kifayət qədər neqativ məqamlar mövcud idi. Amma günümüzdəki toylarla müqayisə edilməz dərəcədə daha sadə, daha uyğun bir format idi. Bugünkü toy formatı ilə bağlı narazılığım, keçən 30 illik dövrün toy ənənələrinin böyük ölçüdə dəyişməsidir. Məsələn, rayonlarda təşkil olunan qız toylarında mağarlar qurulurdu və ətrafa toplanan gənc oğlanlar qızlara baxırdılar. Bu, bizim milli və dini dəyərlərimizlə ziddiyyət təşkil edən bir davranış idi. Əgər toy qız üçün təşkil olunursa, niyə ətrafdakı oğlanlar 5-6 saat qızlara baxmalıdırlar? O dövrlərdə nişan adəti mövcud idi, amma bunun da çox məntiqsiz bir tətbiqi var idi – oğlan evi tərəfindən qız üçün alınan paltarlar detallı şəkildə kameralar qarşısında nümayiş etdirilirdi. Bu, həm lazımsız, həm də yersiz bir proses idi.

O dövrlərdə kişi və qadın toylarının ayrı keçirilməsi adi hal sayılırdı. Lakin, zamanla “kampaniya” adlı yeni format ortaya çıxdı ki, kişi və qadınlar birgə məclisdə iştirak etməyə başladılar. Son 30 ildə bu trend, bugünkü toyların şahidi olduğumuz vəziyyətinə gətirib çıxarmışdır.

Bugünkü toyların vəziyyəti, həqiqətən də, daha acınacaqlıdır. Məsələn, toya dəvət edilən müğənnilər yarım saatlıq çıxışlarına böyük məbləğlər ödəyirlər. Yarım saatı toyda ifasına görə 10000AZN qanarar alan müğənnilər var. Bununla yanaşı, toyda ifa olunan mahnıların əksəriyyəti fonogramadır, bu isə toy sahibinə hörmətsizlik və onu aldatmaq deməkdir. Bir çox toylarda, yarıçılpaq rəqqasələrin iştirakı, milli-mental dəyərlərimizə tamamilə ziddir. Həmçinin, menyu qiymətlərinin ildən-ilə kəskin artması da israfçılığa və cəmiyyətin maddi baxımdan təzyiq altına düşməsinə səbəb olur. Məsələn, orta səviyyəli şadlıq saraylarında menyu qiymətləri 90-120 AZN arasında dəyişir. Daha yüksək səviyyəli menyular isə 150-300 AZN civarındadır. Bütün bunlara nəzər saldıqda, toy artıq iki gəncin izdivacı mahiyyətindən çox, insanların bir-biriləri ilə öyünmə və göstəriş etməsi halına gəlib çıxır. Bu, çox təəssüf doğurur ki, bir çox gənc bu səbəbdən ailə qura bilmir".

"Avropada isə toy mədəniyyəti tam fərqlidir. Burada toyların göstərilməsindən daha çox, sadə və təvazökar bir şəkildə keçirilməsinə üstünlük verilir. Hovuz ətrafında, sadə desert süfrəsi ilə kiçik bir məclis təşkil edilir və beləliklə, toy tamamlanır. Avropada, toylara olan baxış açısı daha təbii və minimalizmə yönəlmişdir. Burada heç kim toydan sonra təəccüblü bir məbləğ ödəmək və ya çoxlu sayda qonaq dəvət etmək məcburiyyətində qalmır. Avropa toy formatını misal çəkməyim heç də onun birmənalı tərafdarı olduğum anlamını daşımır. Bu məhz israfla bağlıdır. Əslində biz özümüzə uyğun toy formatı təklif etməliyik. Hansı ki, milli-mental, dini dəyərlərimizə zidd olmasın.

Mənim fikrimcə, Azərbaycanın toy mədəniyyətində bəzi dəyişikliklər etmək lazımdır. Toyda yalnız kişi və qadın məclislərinin ayrı keçirilməsi məsləhət görülməlidir. Kişi toyunda yalnız kişilər iştirak etməli, qadın toyunda yalnız qadınlar olmalıdır. Rəqqasələr də yalnız milli rəqsləri ifa edənlərdən seçilməlidir. Kişilər, yalnız kişi rəqqaslarını, qadınlar isə yalnız qadın rəqqaslarını dəvət etməlidir. Menyu qiymətləri isə 3 kateqoriyada olmalıdır: 40 AZN, 60 AZN, 80 AZN. Bu halda, toy sahibinin xərcləri daha məqsədyönlü olacaq və nəticədə toy sahibinə yardım məqsədi üçün 100-150 AZN hədiyyə yazdıran orta gəlirli qonaqların sayəsində toy sahibi müəyyən məbləğ əldə etmiş olar ki, bunu da övladının cehiz və digər xərcləri üçün sərf edə bilər.

Təəssüf ki, belə bir dəyişikliyin həyata keçirilməsi çox çətin görünür. Cəmiyyətin mövcud sosial təzyiqləri və insanların toyları daha böyük və daha zövqlü göstərmək istəyi buna mane olur. Lakin, əgər biz ailə quruluşunun və milli dəyərlərin qorunmasını istəyiriksə, bu cür dəyişikliklərə ehtiyacımız var" - deyə o, əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://sia.az
archiveBu xəbər 01 Aprel 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see333

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see270

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see262

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see260

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see241

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see239

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see237

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see234

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see227

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see224

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see222

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see216

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see215

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see201

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see200

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see194

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see187

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see182

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see171

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri