Icma.az
close
up
RU
“Toyota” yeni “Camry”ni təqdim edir FOTO VİDEO

“Toyota” yeni “Camry”ni təqdim edir FOTO VİDEO

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Seqment təyin edən “Camry” 40 ilə yaxındır ki,  “ən çox satılan” statusu və flaqman olması ilə “Toyota”ya xidmət edir. İlk çıxışından bu yana dünya üzrə 21 milyondan çox “Camry” satılıb.

Yeni “Camry” “çəkic başlı” ön dizaynı və yeni ön işıqları ilə daha idman üslublu, daha hamar bir görüntüyə sahibdir. Yenilənmiş “Camry” 5-ci nəsil “Toyota” hibrid elektrik sistemi, yenilənmiş daxili və xarici dizayn, ən sonuncu “Toyota” multimedia sistemi, fərdiləşdirilə bilən rəqəmsal sürücü alətləri displeyi kimi bir çox yeniliklərə sahibdir.

“Toyota”nın CALTY dizayn studiosunun yenilədiyi hamar “Camry” dizaynı ona daha müasir və cəlbedici görünüş verir. Məqsəd avtomobilə “enerjili dizayn” bəxş etmək, güclü, bir o qədər də zərif görünüşü ilə yanaşı onu idarə etməyi əyləncəli hala gətirmək idi.

Arxa tərəfdəki uzadılmış çıxıntı və alçaq tavan xətti dinamika hissi ötürərkən, avtomobilin yan tərəfindəki güclü xəttlər arxa emblemdə birləşərək bir "mərmi" görüntü effekti yaradır.

Yeniliklər interyer dizaynında da özünü göstərir. Yeni interyer layihəsində prestij, zəriflik, müasirlik və rahatlıq vəhdət daşıyır. Mərkəzdəki yeni multimedia ekranı bütün diqqəti üstünə çəkərək hər kəs üçün açıq kokpit effekti yaradır. Keyfiyyətli materiallar salonun bütün detallarında hiss olunur.

“Camry” “Toyota”nın 5-ci nəsil hibrid texnologiyasından faydalanan ən sonuncu modeldir. Bu təkmilləşdirmə daha yüksək məhsuldarlığa və həssaslığa malik yeni ikiqütblü litium-ion batareyasını təqdim edir. Güc qurğusu, elektrik mühərrik generatorları və çevirici də daxil olmaqla əsas komponentlər daxili itkiləri azaltmaq, çəkiyə və yerə qənaət etmək üçün yenidən işlənmişdir.Müəyyən edilmiş 2,5 litrlik dörd silindrli hibrid mühərriklə birlikdə bu dəyişikliklər tam sistemin maksimum gücünü 227 DIN at gücünə / 170 kVta (+6%) artırır, eyni zamanda yanacaq sərfiyyatını və CO2 emissiyalarını 5,1 l/100 km və 117-ə qədər azaldır.

Artıq sürətlənmə daha güclü, daha istiqamətli və idarolunması daha rahatdır. 0-dan 100 km/s sürətinə cəmi 8.3-7.9 saniyəyə çatmaq mümkündür.
Yeni “Camry” 12.3 düymlük ekrandan idarə olunan ən sonuncu “Toyota Smart Connect” multimedia sistemi ilə təchiz olunmuşdur.  “Apple Carplay” və “Android Auto” vasitəsilə istənilən smartfon naqilsiz formada rahatlıqla qoşula bilir və kabindəki 5 USB portu ilə avadanlıqlar qoşmaq və şarj etmək mümkündür.

Yeniliklər arasında “Toyota Teammate”ə də rast gəlmək mümkündür. Tərkibində ən son qəzanı qabaqcadan müəyyən edən ən son texnologiyalar olan “Toyota Teammate qəzaların azaldılması üçün yükü, sürücü sayıqlığını və vəziyyətini analiz edir.

Artırılmış müəyyən etmə bacarığı ilə Qəza Öncəsi Sistemi (PCS) şəhər daxili hərəkətləri analiz edərək potensial qabaq-qabağa toqquşmaları qabaqcadan müəyyən etməyə fokuslanır. Kəsişən Toqquşmadan Qaçma indi iki zolaq üzrə yaxınlaşan nəqliyyatı, həmçinin yan tərəfdən yaxınlaşan velosipedçiləri və nəqliyyat vasitələrini müəyyən edə bilər.
Yeni “Camry”nin təqdimatı və test sürüşləri “Toyota Qafqaz”ın təşkilatçılığı və Azərbaycan media nümayəndələri və influenserlərinin iştirakı ilə Gürcüstanın Sameqrelo bölgəsində keçirilib. Dadiani sarayında baş tutmuş təqdimat mərasimində iştirakçılar yeni nəsil “Camry”nin krallara layiq dizaynını xüsusilə bəyəndiklərini qeyd ediblər. Bundan savayı, tədbirdə influenserlərə “Camry”nin aşağı yanacaq sərfiyyatı və minimalist interyerindəki geniş işıqlı atmosfer barədə geniş məlumat verilib. Qafqazın ən böyük su-elektrik stansiyası olan İnquri SES-də isə test yürüşləri keçirilib. Bu görüş media nümayəndələrinin ağlında  “Camry”nin eleqant və müasir xüsusiyyətlərini nümayiş etdirən maraqlı təcrübə kimi yadda qalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 06 Noyabr 2024 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri