Icma.az
close
up
RU
“Toyota” yeni “Camry”ni təqdim edir FOTOlar

“Toyota” yeni “Camry”ni təqdim edir FOTOlar

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Seqment təyin edən "Camry" 40 ilə yaxındır ki,  "ən çox satılan" statusu və flaqman olması ilə "Toyota"ya xidmət edir. İlk çıxışından bu yana dünya üzrə 21 milyondan çox "Camry" satılıb.

Yeni "Camry" "çəkic başlı" ön dizaynı və yeni ön işıqları ilə daha idman üslublu, daha hamar bir görüntüyə sahibdir. Yenilənmiş "Camry" 5-ci nəsil "Toyota" hibrid elektrik sistemi, yenilənmiş daxili və xarici dizayn, ən sonuncu "Toyota" multimedia sistemi, fərdiləşdirilə bilən rəqəmsal sürücü alətləri displeyi kimi bir çox yeniliklərə sahibdir.

"Toyota"nın CALTY dizayn studiosunun yenilədiyi hamar "Camry" dizaynı ona daha müasir və cəlbedici görünüş verir. Məqsəd avtomobilə "enerjili dizayn" bəxş etmək, güclü, bir o qədər də zərif görünüşü ilə yanaşı onu idarə etməyi əyləncəli hala gətirmək idi.

Arxa tərəfdəki uzadılmış çıxıntı və alçaq tavan xətti dinamika hissi ötürərkən, avtomobilin yan tərəfindəki güclü xəttlər arxa emblemdə birləşərək bir "mərmi" görüntü effekti yaradır.

Yeniliklər interyer dizaynında da özünü göstərir. Yeni interyer layihəsində prestij, zəriflik, müasirlik və rahatlıq vəhdət daşıyır. Mərkəzdəki yeni multimedia ekranı bütün diqqəti üstünə çəkərək hər kəs üçün açıq kokpit effekti yaradır. Keyfiyyətli materiallar salonun bütün detallarında hiss olunur.

"Camry" "Toyota"nın 5-ci nəsil hibrid texnologiyasından faydalanan ən sonuncu modeldir. Bu təkmilləşdirmə daha yüksək məhsuldarlığa və həssaslığa malik yeni ikiqütblü litium-ion batareyasını təqdim edir. Güc qurğusu, elektrik mühərrik generatorları və çevirici də daxil olmaqla əsas komponentlər daxili itkiləri azaltmaq, çəkiyə və yerə qənaət etmək üçün yenidən işlənmişdir.Müəyyən edilmiş 2,5 litrlik dörd silindrli hibrid mühərriklə birlikdə bu dəyişikliklər tam sistemin maksimum gücünü 227 DIN at gücünə / 170 kVta (+6%) artırır, eyni zamanda yanacaq sərfiyyatını və CO2 emissiyalarını 5,1 l/100 km və 117-ə qədər azaldır.

Artıq sürətlənmə daha güclü, daha istiqamətli və idarolunması daha rahatdır. 0-dan 100 km/s sürətinə cəmi 8.3-7.9 saniyəyə çatmaq mümkündür. 

Yeni "Camry" 12.3 düymlük ekrandan idarə olunan ən sonuncu "Toyota Smart Connect" multimedia sistemi ilə təchiz olunmuşdur.  "Apple Carplay" və "Android Auto" vasitəsilə istənilən smartfon naqilsiz formada rahatlıqla qoşula bilir və kabindəki 5 USB portu ilə avadanlıqlar qoşmaq və şarj etmək mümkündür.

Yeniliklər arasında "Toyota Teammate"ə də rast gəlmək mümkündür. Tərkibində ən son qəzanı qabaqcadan müəyyən edən ən son texnologiyalar olan "Toyota Teammate qəzaların azaldılması üçün yükü, sürücü sayıqlığını və vəziyyətini analiz edir.

Artırılmış müəyyən etmə bacarığı ilə Qəza Öncəsi Sistemi (PCS) şəhər daxili hərəkətləri analiz edərək potensial qabaq-qabağa toqquşmaları qabaqcadan müəyyən etməyə fokuslanır. Kəsişən Toqquşmadan Qaçma indi iki zolaq üzrə yaxınlaşan nəqliyyatı, həmçinin yan tərəfdən yaxınlaşan velosipedçiləri və nəqliyyat vasitələrini müəyyən edə bilər.

Yeni "Camry"nin təqdimatı və test sürüşləri "Toyota Qafqaz"ın təşkilatçılığı və Azərbaycan media nümayəndələri və influenserlərinin iştirakı ilə Gürcüstanın Sameqrelo bölgəsində keçirilib. Dadiani sarayında baş tutmuş təqdimat mərasimində iştirakçılar yeni nəsil "Camry"nin krallara layiq dizaynını xüsusilə bəyəndiklərini qeyd ediblər. Bundan savayı, tədbirdə influenserlərə "Camry"nin aşağı yanacaq sərfiyyatı və minimalist interyerindəki geniş işıqlı atmosfer barədə geniş məlumat verilib. Qafqazın ən böyük su-elektrik stansiyası olan İnquri SES-də isə test yürüşləri keçirilib. Bu görüş media nümayəndələrinin ağlında  "Camry"nin eleqant və müasir xüsusiyyətlərini nümayiş etdirən maraqlı təcrübə kimi yadda qalıb.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:300
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 06 Noyabr 2024 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see472

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see293

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see284

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see283

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see260

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see254

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see253

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see239

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see237

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see223

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see222

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see221

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see220

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see219

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see215

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see209

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri