Toyuq əti ilə bağlı narazılıq: Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur
Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ötən il 2023-cü ilə nisbətən ölkəyə mal ətinin idxalı 55,3%, quş əti və onun əlavə məhsullarının idxalında isə 39,6% artım müşahidə edilib.
Kifayət qədər toyuq əti ehtiyat olduğu halda, niyə 2-ci və 3-cü sort toyuqlar ölkəmizə idxal olunur?"-, deyə qida mütəxəssisi Yusif Həkim bildirib.
Turkustan.az xəbər verir ki, mütəxəssis bundan əvvəl də ölkəmizə idxal olunan toyuq əti ilə bağlı narazılığını bildirmişdi. O damazlıq toyuqların broyler adı ilə, yumurtalıq toyuqların isə "kənd toyuğu" adı ilə satıldığını bildirmişdi.
İstehlakçıların hüquqlarının müdafiəçisi Eyyub Heseynov Musavat.com-a mövzunu şərh edərkən deyib ki, keçən il ərzində Azərbaycanda böyük quşçuluq fabriki bağlanıb və belə bir vəziyyətdə toyuq ətinə tələbat yaranıb: "Normal halda xarici ölkələrdən də gətirilir. Heç kim deyə bilməz ki, kənar ölkədən gətirilən toyuq ətləri yaxşı deyil, yoxsa bunlar yaxşıdır. Bunu müəyyənləşdirmək çətin məsələdir. Qida Təhlükəsizliyi Agentliyi yalnız qidanın təhlükəsizliyini təmin edir, keyfiyyət məsələsi ilə heç kim məşğul olmur. Ona görə də istehlakçılar da bilmirlər, hansı keyfiyyətli məhsuldur. İstehlakçı tələbatı olduğundan xarici ölkələrdən toyuq əti gətirilir. Mal və qoyun əti Azərbaycana idxal olunur. Monqolustan ətləri İrana da, Azərbaycana da gətirilir. Düşünürəm ki, yaxın beş ildən sonra Azərbaycan mal və qoyun əti ilə özünü təmin edəcək. İşğaldan azad olunmuş zonalarda böyük heyvandarlıq kompleksləri yaradılır. Biz tərəfdarıyıq ki, bolluq olsun, malların qiyməti aşağı düşsün. Təəssüflər olsun ki, qiymətlər artan templə davam edir". /musavat.com/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 17 Yanvar 2025 21:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















