Icma.az
close
up
RU
Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Azərbaycanda dabaq xəstəliyinin yayılması ət bazarında tarazlığı dəyişməyə başlayıb. Bir sıra bölgələrdə heyvan bazarlarının bağlanması və nəzarət tədbirlərinin gücləndirilməsi nəticəsində mal ətinə olan tələbat azalır. Nəticədə istehlakçılar daha çox toyuq və quşçuluq məhsullarına yönəlirlər. Maraqlıdır, bu vəziyyət toyuq məhsullarının qiymətinə təsir göstərə və bahalaşmaya səbəb ola bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, bu tendensiya yaxın həftələrdə toyuq ətinin bahalaşmasına səbəb ola bilər:

“Son günlər dabaqla bağlı xəbərdarlıqlar və nəzarət tədbirləri insanlarda mal ətinə qarşı ehtiyatlı münasibət yaradıb. Ət bazarlarında satış azalması müşahidə olunur, bu isə əvəzləyici məhsullara – toyuq və yumurta məhsullarına marağı artırır.”

Ekspertin sözlərinə görə, bazarda tələbin bu istiqamətdə dəyişməsi təbii prosesdir. Çünki həm qiymət baxımından, həm də sağlamlıq riski nöqteyi-nəzərindən toyuq məhsulları daha təhlükəsiz və əlçatan sayılır.

Akif Nəsirli qeyd edib ki, qiymət sabitliyini qorumaq üçün əsas amil yerli istehsalın gücüdür. Hazırda ölkə tələbatının böyük hissəsi daxili istehsal hesabına qarşılanır. Lakin istehsal gücünün qısa müddətdə artırılması çətin olduğundan, tələbin sürətli artımı qiymət artımı riskini yüksəldir:

“Yem məhsullarının, xüsusilə buğda, qarğıdalı və soyanın qiymətlərində artım müşahidə olunur. Bu, toyuq ətinin topdansatış qiymətini 10–15%, pərakəndə satış qiymətini isə 15–20%-ə qədər yüksəldir.”

İqtisadçı əlavə edib ki, tələbatın artması yumurta istehsalçılarını da təzyiq altında saxlayır. Yem bazarındakı gərginlik fonunda yumurta qiymətlərində də yüngül artım gözlənilir.

“Dabaqla bağlı məhdudiyyətlər uzun çəkərsə, quşçuluq sektorunda istehsalın artırılması üçün əlavə subsidiya və investisiya dəstəyi tələb oluna bilər”.

Beləliklə, dabaq xəstəliyi ət bazarına birbaşa təsir göstərərək istehlakçı davranışlarını dəyişdirib. Nəticədə toyuq məhsullarına maraq artır, bu isə qiymətlərin tədricən bahalaşmasına yol açır. Əgər vəziyyət qısa müddətdə sabitləşməzsə, quşçuluq bazarında təklifin tələbi qarşılamaq gücü növbəti ayların əsas iqtisadi mövzularından birinə çevriləcək.

Aynurə İsmayıl

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:312
embedMənbə:https://konkret.az
archiveBu xəbər 22 Oktyabr 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri