Icma.az
close
up
RU
“Trabzonspor” prezidenti bu ölkədən klub almaq istəyir

“Trabzonspor” prezidenti bu ölkədən klub almaq istəyir

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Türkiyə çempionatında zəif mövsüm keçirən və nəinki çempionluq mübarizəsindən, hətta “avorkubok zonası”ndan da çox geri düşən “Trabzonspor” üçün U-19 komandasının çıxışını kiçik bir təsəlli saymaq olar.
Bilindiyi kimi, “Trabzonspor”un U-19 komandası UEFA Gənclər Liqasında yarımfinala yüksələrək İsveçrənin Nion şəhərində baş tutacaq “dördlər finalı”nda oynamağa haqq qazanıb. Bu arada qaradənizlilərin başqanı Ərtuğrul Doğanın fərqli və gələcəyə yönəlmiş bir layihə üzərində çalışdığı məlum olub.
Belə ki, “61 saat” nəşrinin iddiasına görə Doğan 19 yaşlı futbolçuların sürətli inkişafına şərait yaratmaq və onlara dəstək olmaq məqsədi ilə Portuqaliyada bir klubu satın almaq barədə ciddi şəkildə düşünməyə başlayıb.
Xəbərdə klub prezidentinin məhz bu məsələ ilə məşğul olmaq üçün bir yönəticini Portuqaliyaya göndərdiyi qeyd olunub. Həmin yönətici Portuqaliyada bir sıra klub rəsmiləri ilə danışıqlar aparıb. Bu klublardan bəzilərinin səhmlərinin hissələrinə yiyələnməyin mümkün olduğu üzə çıxıb.
Söhbət ilk növbədə “Vizela”, “Şaviş” və “Pakuş Ferreyra” kimi aşağı liqa təmsilçilərindən gedir. Amma belə görünür ki, qısa müddətdə bu klublardan biri ilə anlaşmaq mümkün olmayacaq. Çünki bu klubların dəyəri “Trabzonspor” rəhbərliyinin gözlədiyindən daha yüksəkdi. Hər halda, danışıqların ən azı mövsümün sonuna qədər davam etdiriləcəyi gözlənilir.
Bu layihə baş tutacaqğı təqdirdə “Trabzonspor” U-19 komandasının bir sıra üzvlərini Portuqaliyaya göndərəcək. Orda onların inkişafı və böyük futbola uyğunlaşması prosesi daha sürətli şəkildə baş tutacaq. Bu gənclərə “Trabzonspor”un əsas komandasında şans qazanmaq çətindi. Halbuki Gənclər Liqası göstərdi ki, qaradənizlilərin akademiyasında həqiqətən də çox istedadlı gənclər yetişir.
Zarafat deyil, “Trabzonspor” yarımfinala gedən yolda “Yuventus”, “Atalanta” və “İnter” kimi İtaliya nəhənglərini mübarizədən kənarlaşdırdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 09 Aprel 2025 20:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see219

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see217

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see195

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see178

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see175

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see171

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see170

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see170

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see170

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see169

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see165

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see156

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see151

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see144

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see143

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see142

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see142

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri