Icma.az
close
up
RU
“Traktor” bəyanat yaydı Klub İran çempionatını tərk edə bilər

“Traktor” bəyanat yaydı Klub İran çempionatını tərk edə bilər

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

Təbrizin “Traktor” klubu İran çempionatında iştirakını dayandıra bilər.

İdman.Biz bildirir ki, “Traktor” klubunun sahibi Məhəmmədrza Zənnuzi-Mütləq bu barədə bəyanatı yayıb.

O, bəyanatından İran Futbol Federasiyasının rəhbəri Mehdi Tacı klub ətrafındakı proseslərə müdaxilə etməyə, əks halda isə istefa verməyə çağırıb. Klub sahibi FIFA-ya müraciət edəcəklərini istisna etməyib.

Bəyanatın mətni klubun sosial media hesablarında yayılıb.

“Cənab Tac ya İran futbolunu idarə etmək gücünə malikdir, ya da əgər bu gücü yoxdursa, istefa verməlidir. Əgər bu proses belə davam edəcəksə, “Traktor” klubunun bu liqada qalması üçün heç bir səbəb qalmayacaq. Ədalətli şəkildə idarə olunması mümkün olmayan bir futbolun ümumiyyətlə dayandırılması daha yaxşıdır.

“Traktor” klubu xərc çəkmir ki, bəziləri pis idarəetmə ilə öz mənafelərini təmin etsin, bunun müqabilində isə bizim azarkeşlərimiz etnik şüarların hədəfinə çevrilsin. Bu şüarlar ya federasiyanın səssizliyi ilə qarşılanır, ya da bəzən onun qurumları tərəfindən görməzdən gəlinir. Bu davranışlar qəbuledilməzdir.

Hakimliklərin mühəndisliyindən tutmuş bir çox planlaşdırmalara qədər hər şey elə aparılır ki, sanki “Traktor”un əleyhinə dizayn edilib. Bəzi texniki məsələlərdən keçmək olar, amma etnik təhqirlərdən əsla. Nə mən, nə də “Traktor” azarkeşləri bu mövzunu heç vaxt unutmayacağıq.

Təəssüf doğurur ki, bir nəfərə ünvanlanan bir təhqirə görə “Traktor” misli görünməmiş cəzalarla üzləşir, amma ötən mövsüm müxtəlif stadionlarda “Traktora”, onun futbolçularına və ən əsası türklərə qarşı etnik təhqirlər səsləndirildi və federasiya heç bir ciddi addım atmadı. Bu ikili yanaşma açıq-aşkar ədalətsizliyin nümunəsidir.

Sözüm cənab Taca və Futbol Federasiyasında yer alan hər kəsədir: “Traktor”un İran futboluna yad bir parça olduğunu düşünməsinlər. Bu cür idarəolunmazlıq, istər istəmədən, istərsə də bilərəkdən, ölkə xalqları arasında parçalanmanı dərinləşdirir. Əgər bu vəziyyəti düzəltmək gücünüz yoxdursa, məsuliyyəti başqasına verin.

Ya bu futbol islah olunacaq, ya da “Traktor” klubu geri çəkiləcək və öz hüquqlarını bərpa etmək üçün hüquqi və beynəlxalq yollarla, o cümlədən FIFA vasitəsilə addımlar atacaq. Bu ölkənin xalqları etnik şüarlardan bezib və artıq bu vəziyyətə dözmək istəmir”, - bəyanatda deyilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 26 Dekabr 2025 23:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see558

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see513

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see374

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see277

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see256

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see248

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see228

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see223

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see221

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see220

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see210

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see204

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see200

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see198

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see190

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see190

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see189

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri