Traktor un bu liqada iştirak etməsi üçün heç bir səbəb qalmayacaq Təbriz klubundan sərt bəyanat
Icma.az bildirir, Sportal.az portalına istinadən.
Təbrizin "Traktor" klubunun sahibi Məhəmmədrza Zənnusi-Mütləqin İran İslam Respublikası Futbol Federasiyasının prezidenti Mehdi Taca bəyanat ünvanlayıb.
Sportal.az xəbər verir ki, o, kluba qarşı olan haqsızlıqlara son qoyulmasını tələb edib. Həmin bəyanatı diqqətinizə çatdırırıq:
"Cənab Tac ya İran futbolunu idarə etmək bacarığına malik deyil, ya da əgər bu bacarığı varsa, istefa verməlidir. Bu proses belə davam edəcəksə, “Traktor” klubunun bu liqada iştirak etməsi üçün heç bir səbəb qalmayacaq. Ədalətli şəkildə idarə olunması mümkün olmayan futbol ümumiyyətlə dayandırılmalıdır.
“Traktor” klubu elə şəxslərin yanlış idarəçiliyi nəticəsində öz maraqlarını təmin etməsi üçün xərc çəkmir. Üstəlik, bu prosesdə azarkeşlərimiz etnik şüarların hədəfinə çevrilir. Bu şüarlar ya federasiyanın susqunluğu ilə qarşılanır, ya da bəzən onun qurumları tərəfindən görməzlikdən gəlinir. Bu cür davranışlar qəbuledilməzdir.
Hakimliklərin “mühəndisliyi”ndən tutmuş bir çox planlaşdırmalara qədər hər şey sanki “Traktor”un əleyhinə dizayn olunmuş kimi aparılır. Bəzi texniki hadisələrə göz yummaq olar, lakin etnik təhqirlərə əsla. Nə mən, nə də “Traktor” azarkeşləri bu məsələni heç vaxt qəbul etməyəcəyik.
Təəssüf doğurur ki, bir şəxsə yönəlmiş tək bir söyüşə görə “Traktor” görünməmiş cərimələrlə üzləşir, lakin ötən mövsüm müxtəlif stadionlarda “Traktor”a, onun futbolçularına və ən əsası İran türklərinə qarşı etnik təhqirlər səsləndirildi və federasiya heç bir ciddi tədbir görmədi. Bu ikili yanaşma açıq-aşkar ədalətsizliyin göstəricisidir.
Bu gün hörmətsizliyə məruz qalan insanlar tarix boyu – səkkizillik müharibədə və hətta Təbrizin ən çox hücuma məruz qaldığı on iki günlük müharibədə belə İranın yanında dayanan eyni insanlardır. Məhz bu xalqın bağrından şəhid Bakəri və Bağiri kimi sərkərdələr yetişib. Necə ki, İranın bütün xalqları bu torpağın müdafiəsində rol oynayıb.
Mənim cənab Tac və Futbol Federasiyasında olan bütün şəxslərə müraciətim budur ki, “Traktor”un İran futbolunda uyğunsuz bir parça olduğunu düşünməsinlər. Bu cür yanlış idarəçiliklər istər bilmədən, istərsə də bilərəkdən ölkə xalqları arasında ayrı-seçkiliyi və parçalanmanı dərinləşdirir. Əgər bu vəziyyəti düzəltmək gücünüz yoxdursa, məsuliyyəti başqasına həvalə edin.
Ya bu futbol islah ediləcək, ya da “Traktor” klubu kənara çəkiləcək və öz hüquqlarını bərpa etmək üçün hüquqi və beynəlxalq yollarla, o cümlədən FIFA vasitəsilə addımlar atacaq. Bu ölkənin xalqları etnik şüarlardan bezib və artıq bu şəraitə dözmək niyyətində deyil".
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 27 Dekabr 2025 20:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















