Icma.az
close
up
RU
Tramın qərarı Moskvanı çaş baş salıb Medvedev bir, Zaxarova başqa bir şey deyir

Tramın qərarı Moskvanı çaş baş salıb Medvedev bir, Zaxarova başqa bir şey deyir

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedevdən fərqli olaraq, Rusiya XİN Donald Trampın son bəyanatlarına və sanksiya qərarına daha təmkinli reaksiya vermək məcburiyyətindədir.

“AzPolitika” xəbər verir ki, Rusiya XİN Moskvaya qarşı sərt sanksiyalar elan edən Donald Trampın mövqeyini qəfil dəyişməsinə reaksiya verib.

Qurumun açıqlamasından belə görünür ki, Trampın Budapeşt sammitindən imtinası və sərt sanksiyalar dilinə keçməsi Moskva üçün gözlənilməz olub. Həmçinin, Rusiya XİN Trampi bu qərarlarına görə tənqid etməkdən çəkinib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə deyib ki, Moskva Vaşinqtonla danışıqları davam etdirməyi gözləyir. “Biz Rusiya və ABŞ prezidentlərinin Ukrayna münaqişəsinin nizamlanması üçün siyasi çərçivənin razılaşdırılması üçün başlatdıqları prosesin davam etdirilməsi üçün heç bir əhəmiyyətli maneə görmürük. Rusiya Xarici İşlər Nazirliyi, öz növbəsində, prezidentlərin oktyabrın 16-da keçirilən görüşündə əldə olunan anlaşmalara əsaslanaraq, ABŞ Dövlət Departamenti ilə təmasları davam etdirməyə açıqdır ".

O, açıqlamasında Trampın “Rosneft” və “Lukoil”i hədəfə alan sanksiyalarını və ya ABŞ-nin Qərb silahlarından istifadə edərək Rusiyaya qarşı uzaqmənzilli zərbələrə qoyulan məhdudiyyətləri aradan qaldırmaq qərarını sərt tənqid etməkdən çəkinib.

“Moskva sanksiyalara əks-məhsuldar addım kimi baxır”, - Zaxarova diplomatik şəkildə qeyd edib: “Bizim üçün ABŞ Maliyyə Nazirliyinin yuxarıda qeyd olunan qərarı heç bir xüsusi problem yaratmayacaq”.

Bir gün əvvəl Rusiya Xarici İşlər Nazirliyi yaxın iki həftə ərzində Budapeştdə keçirilməsi gözlənilən Putin-Tramp sammitinə hazırlığı davam etdirdiyini bəyan etmişdi. Lakin Tramp görüşü ləğv etmək qərarına gəldiyini bəyan etdi.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 23 Oktyabr 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see739

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see570

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see320

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see313

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see280

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see274

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see270

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see267

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see266

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see266

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see265

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see263

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see241

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see229

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see222

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see217

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see210

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri