Icma.az
close
up
RU
Moskvanı sevindirən mübahisə: Xalq təşvişə düşdü, Medvedev həyəcanlandı

Moskvanı sevindirən mübahisə: Xalq təşvişə düşdü, Medvedev həyəcanlandı

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son aylarda Polşa ilə Ukrayna arasında baş verən fikir ayrılıqları, qarşılıqlı ittihamlar və diplomatik gərginliklər Avropada narahatlıqla izlənir. Hətta rəsmi Varşava mövcud gərginlik fonunda bəzi istiqamətlərdə Kiyevə verdiyi dəstəyi dayandırdığını açıqladı.

Digər tərəfdən, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin məsələyə münasibətdə səsləndirdiyi fikirlər maraqla qarşılandı. Medvedev bu qarşıdurmanın Moskva üçün müəyyən mənada “üstünlüklər” daşıdığını qeyd edib və ironik tərzdə hər iki ölkəni “kliniki rusofoblar” adlandırıb.

Polşa və Ukrayna arasındakı anlaşmazlıqlara səbəb nədir? Problemin aradan qalxması üçün hansı addımlar atılmalıdır?

Globalinfo.az-a danışan siyasi şərhçi Həşim Səhrablı deyib ki, həm Polşa, həm də Ukrayna bir-birinə söz atmaq və ya qarşılıqlı ittihamlar vasitəsilə problemləri həll etməyin mümkün olmadığını anlayır:

“Hazırda hər iki dövlət Şərqi Avropada suverenlik və işğal təhlükəsi ilə üz-üzədir və bu təhdidlərə qarşı mübarizə aparırlar. Mövcud reallıq onları yaxın əməkdaşlığa sövq edir. Polşanın hava limanlarını və digər hərbi resurslarını Ukraynanın istifadəsinə verməsi də bunun bariz nümunəsidir.

Onlar yaxşı anlayır ki, bu gün Şərqi Avropanın qarşısında iki əsas təhlükə var:

-Rusiyanın açıq imperialist və işğalçılıq siyasəti;

–Rusiya ilə Qərb arasında Şərqi Avropa uğrunda davam edən geosiyasi mübarizə.

Bu mübarizənin qurbanları məhz Şərqi Avropa dövlətləri ola bilər. Ukrayna artıq bir poliqona çevrilib, eyni taleyi Polşanın da yaşamaq riski var. Məhz buna görə Polşa Ukraynanın müdafiəsini gücləndirməyə çalışır. Çünki o istəyir ki, təhlükə Ukraynada dayansın, Polşaya sıçramasın.

Lakin tarixi faktorlar da var. İkinci Dünya müharibəsində Ukrayna millətçilərinin bir qismi polşalılara qarşı qırğın törətmişdi. Bu, Polşa cəmiyyətində hələ də yaddaşlarda qalır və “banderizm” ideologiyası ilə assosiasiya olunur. Polşalılar üçün bu, nasizmlə eyni səviyyədə təhlükəli ideologiya kimi qəbul edilir. Ona görə Polşa Ukraynaya dəstək versə də, onun daxilində radikal millətçi ideologiyaların güclənməsinə etiraz edir”.


Həşim Səhrablı

Siyasi şərhçi bildirib ki, Polşa Ukraynanın suverenliyinə qarşı deyil, əksinə, onu dəstəkləyir:

“Sadəcə olaraq, tarixən özünə qarşı yönəlmiş ideologiyaların yenidən güclənməsini istəmir. Ukrayna isə bunu nəzərə almalıdır. Əgər Kiyev bu ideologiyanı yalnız Moskvaya qarşı müqavimət simvolu kimi istifadə edirsə, bunu açıq və aydın şəkildə Polşaya izah etməlidir.

Ukrayna bu istiqamətdə qəti mövqe ortaya qoyaraq aydınlaşdırmalıdır ki, “banderizm ideologiyası” əvvəlki kimi polyaklara yönəlməyib. Rusiya burada əsas hədəfdir. Varşava və Kiyev yaxın əlaqələr qurmalıdır. Polşanın narahatlılqları həllini tapsa, gərginlik də qalmayacaq.

Ukrayna dövlətinin bu müharibəni aparmaq üçün xüsusi bir “banderizm ideologiyasına” ehtiyacı varmı? Kiyev bu suala cavab tapmalıdır. Ukrayna artıq müstəqil dövlət kimi öz ordusu ilə mübarizə aparır.

Polşa Rusiyanın qəzəbindən qorxsaydı, Ukraynaya açıq dəstək verməz, silah-sursat göndərməzdi. Sadəcə tarixi yaddaşın təzələnməsindən “banderizm ideologiyasının” polyaklara qarşı tətbiq olunmasından qorxur”.

Safura Bənnayeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 Avqust 2025 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see730

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see566

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see562

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see324

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see316

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see310

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see279

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see277

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see271

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see265

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see265

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see264

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see264

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see263

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see260

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see238

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see219

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see215

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see212

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri