Tramp 1 sentlik sikkələrin buraxılmasını dayandırmağı əmr edib
Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp ABŞ Maliyyə Nazirliyinə baha başa gəldiyi üçün 1 sentlik sikkələrin buraxılmasını dayandırmağı əmr etdiyini bildirib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə “Truth Social” sosial şəbəkə səhifəsində məlumat verib.
“Çox uzun müddətdir ki, Birləşmiş Ştatlar hər biri bizə sözün əsl mənasında 2 sentdən baha başa gələn qəpiklər zərb edir. Bu, çox israfçılıqdır! Mən maliyyə nazirin (Skott Bessentə) yeni 1 sentliklər zərb etməyi dayandırmağı tapşırmışam”, - ABŞ Prezident bildirib.
Digər tərəfdən, amerikalı sahibkar İlon Maskın rəhbərlik etdiyi ABŞ Hökumətinin Səmərəliliyi Departamenti (DOGE) yanvarın 21-də “X” sosial media hesabında 1 sentlik sikkələrin buraxılmasının 3 sentdən baha başa gəldiyini bildirib. Departamentin bildirdiyinə görə, 2023-cü maliyyə ilində ölkədə 4,5 milyarddan çox belə sikkə zərb edilib. Bu, Amerika vergi ödəyicilərinə 179 milyon dollara başa gəlib.
Qeyd edək ki, Tramp Maskı ABŞ hökumətinin səmərəliliyini artırmaq və bürokratiya ilə mübarizə aparmaq vəzifəsi daşıyan Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri təyin edib.
Yanvarın 24-də yeni department ilk 80 saat ərzində lazımsız hesab edilən 420 milyon dollarlıq dövlət müqavilələrini ləğv etdiyini, Maskın ABŞ hökumətinin xərclərini 2 trilyon dollar azaldacağını bildirib.

Putin Ukraynaya zərbələri dayandırmağı əmr etdi
18 Mart 2025 21:51
Si Cinpin Çindəki qırğın dalğasını dayandırmağı əmr edib
27 Dekabr 2024 13:43
Tramp əmr verdi, Oval ofisi 1 saat ərzində dəyişdirildi FOTOLAR
22 Yanvar 2025 16:54
ABŞ bir sentlik sikkələr buraxmayacaq Tramp
10 Fevral 2025 14:25
Tramp İŞİD terrorçularına zərbə endirməyi əmr edib
01 Fevral 2025 21:57

