Icma.az
close
up
RU
Zelenski döyüşləri dayandırmağı ƏMR ETDİ

Zelenski döyüşləri dayandırmağı ƏMR ETDİ

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ukrayna Rusiyanın atdığı addımlara eyni cavabı verəcək.

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

"Sükut qarşılığında sükut, hücumlara qarşı müdafiə xarakterli zərbələr", - o qeyd edib.

Zelenski vurğulayıb ki, əgər 20 aprel Pasxa günü üçün elan edilmiş atəşkəs həqiqətən qüvvədə qalarsa, Ukrayna bu sülh vəziyyətinin uzadılmasını təklif edir: "Bu, Rusiyanın əsl niyyətlərini göstərəcək. Çünki 30 saatlıq atəşkəs yalnız başlıqlar üçün yetərlidir, amma etimadın möhkəmləndirilməsi üçün deyil".

O əlavə edib ki, axşam saatlarında Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırskiyindən cəbhədəki vəziyyətlə bağlı ətraflı hesabat gözləyir.

Ukrayna Silahlı Qüvvələrinin yüksək rütbəli zabiti BBC-yə bildirib ki, həm onun bölməsi, həm də digər hərbi hissələr Rusiya tərəfindən elan olunmuş “Pasxa atəşkəsi” qüvvəyə mindikdən dərhal sonra Rusiya mövqelərinə atəşi dayandırmaq əmri alıb. Onun sözlərinə görə, eyni zamanda mümkün atəşkəs pozuntularının foto və video sübutlarının toplanması və zəruri hallarda cavab atəşi açılması əmri də verilib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin 19 aprel saat 18:00-dan (Moskva vaxtı ilə) 21 aprel saat 00:00-a qədər Ukraynada birtərəfli atəşkəs elan edib. O bildirib ki, bu “Pasxa atəşkəsi” Ukrayna tərəfinin də eyni qaydada əməl etməsi şərti ilə qüvvədə olacaq.

Putin bu qərarı Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla Kreml görüşündə açıqlayıb: “Bu müddət ərzində bütün döyüş əməliyyatlarının dayandırılmasını əmr edirəm. Eyni zamanda qoşunlarımız mümkün təxribatlara və atəşkəsin pozulmasına qarşı hazırlıqlı olmalıdır”, – deyə Rusiya prezidenti vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Aprel 2025 22:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see641

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see320

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see310

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see303

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see299

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see298

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see283

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see272

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see265

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see257

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see249

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see244

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see235

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see235

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see235

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see231

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see231

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see229

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see227

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri