Tramp 175 milyard dollarlıq raketdən müdafiə sistemi qurmaq planını açıqlayıb
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Vaşinqton, 21 may, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp Ağ evdə müdafiə naziri Pit Heqsetlə birlikdə nəhəng raketdən müdafiə sistemi qurmaq planlarını açıqlayıb.
AZƏRTAC-ın məlumatına görə, Tramp “Qızıl Qübbə” adlı layihənin ümumi dəyərinin 175 milyard dollar təşkil edəcəyini bildirib. O qeyd edib ki, sistem ölkənin mövcud müdafiə imkanlarına inteqrasiya edəcək və səlahiyyət müddətinin sonuna qədər tam işlək olacaq.
"Beləliklə, biz bunu təxminən üç il ərzində yerinə yetirəcəyik. Tamamilə tikildikdən sonra “Qızıl Qübbə” dünyanın başqa yerlərindən, hətta kosmosdan buraxıla biləcək raketləri ələ keçirmək gücünə malik olacaq. Biz Prezident Reyqanın 40 il əvvəl başladığı işi başa vuracağıq və Amerika üçün raket təhlükəsini həmişəlik sona çatdıracağıq”,- deyə ABŞ Prezidenti əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 21 May 2025 06:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















