Icma.az
close
up
RU
Tramp yeni raketdən müdafiə sistemi yaradır

Tramp yeni raketdən müdafiə sistemi yaradır

Yeniavaz saytına istinadən Icma.az xəbər verir.


ABŞ 175 milyard dollara başa gələcək “Qızıl Qübbə” adlı yeni raket əleyhinə sistem yaradacaq.
Yeniavaz.com
CNN telekanalına istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bu barədə mayın 20-də Ağ Evdə bəyan edib.
Tramp inauqurasiyasından bir həftə sonra, 27 yanvar 2025-ci ildə yeni sistemin yaradılması haqqında sərəncam imzalayıb və Müdafiə Nazirliyinə mövcud sistemin transformasiyası üçün plan hazırlamaq üçün iki ay vaxt verib.
Mayın 20-də Ağ Evdə çıxış edən Prezident Tramp bildirib ki, yeni sistem ABŞ-ni qurudan, sudan və havadan gələn hipersəs, ballistik və qanadlı raketlərdən qoruyacaq.
ABŞ Prezidenti Amerikanı raketlərlə təhdid edə biləcək konkret hansısa ölkənin adını çəkməsə də, yeni sistemin Yer kürəsinin başqa yerlərindən, hətta kosmosdan atılan raketləri dəf edəcəyini və onun effektivliyinin demək olar ki, 100% olacağını bildirib.
Donald Trampın sözlərinə görə, yeni sistem onun səlahiyyət müddəti başa çatana qədər qüvvəyə minməlidir.
Prezident Trampın səlahiyyət müddəti 2029-cu ilin yanvarında başa çatır.
Donald Tramp İsrailin “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemini xatırladıb və yeni Amerika sisteminin çox daha təkmil olacağını bildirib.
CNN telekanalı yeni zenit-raket sisteminin yaradılması ilə bağlı davam edən müzakirələrlə tanış olan mənbələrə istinadən yazır ki, sistemin necə işləyəcəyi ilə bağlı təfərrüatlar hələ aydın deyil və buna görə də, “Qızıl günbəz” hələlik sadəcə olaraq bir ideyadır.
Layihənin maliyyələşdirilməsinə gəlincə, BBC telekanalının yazdığı kimi, 175 milyard dollar yalnız ilkin rəsmi hesablamadır. ABŞ Konqresinin Büdcə Ofisinin məlumatına görə, sistem işə salınarsa, təkcə kosmik komponent iyirmi il ərzində 524 milyard dollar tələb edəcək.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:205
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 21 May 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see282

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see270

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see261

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see257

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see255

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see241

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see240

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see239

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see235

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see231

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see221

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see218

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see218

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see217

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see212

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see211

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see207

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see205

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see199

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri