Tramp 2026 cı ilin mayını “Milli Fitnes və İdman Ayı” elan ETDİ
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Prezidenti Donald Tramp 2026-cı ilin may ayını “Milli Fiziki Sağlamlıq və İdman Ayı” elan edib və ölkə vətəndaşlarını daha aktiv həyat tərzinə çağırıb.
Redaktor.az xəbər verir ki, müvafiq elan Ağ Evin rəsmi saytında dərc olunub.
Məlumata görə, prezident mesajında hökumət rəsmilərini, təhsil işçilərini, idmançıları və ümumilikdə ABŞ əhalisini, xüsusilə də gəncləri mütəmadi fiziki aktivliklə məşğul olmağa təşviq edib.
“Mən 2026-cı ilin mayını Milli Fiziki Sağlamlıq və İdman Ayı elan edirəm. Vətəndaşları idman və fiziki fəaliyyətə daha çox cəlb etməyə çağırıram. Bu, millətin gücünün möhkəmlənməsinə töhfə verəcək”, – deyə Tramp bildirib.
Qeyd edilib ki, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri CDC-nin məlumatına əsasən, ölkə əhalisinin 40,3%-i müxtəlif dərəcəli piylənmədən əziyyət çəkir. 1990-cı illərin əvvəllərində bu göstərici 22,9% idi.
Eyni zamanda uşaqlar və yeniyetmələr arasında piylənmənin səviyyəsinin 21,1%-ə yüksələrək rekord həddə çatdığı bildirilir.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 06 May 2026 12:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















