Icma.az
close
up
RU
Tramp 2028 ci il seçkiləri üçün Vens və Rubionun arasından seçim etməyə çalışır

Tramp 2028 ci il seçkiləri üçün Vens və Rubionun arasından seçim etməyə çalışır

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp, administrasiyasının iki üzvü – vitse-prezident Ceyms Devid Vens və Dövlət katibi Marko Rubiodan hansını 2028-ci il seçkilərində Respublikaçı partiyanın potensial namizədi kimi dəstəkləyəcəyinə qərar verməyə çalışır.

Bizimyol.info xəbər verir ki, bu barədə bazar ertəsi günü "The Wall Street Journal" nəşri məlumat yayıb.

Qəzetin məlumatına görə, Tramp Mar-a-Lagodakı qolf klubunda sponsorlar üçün keçirilən tədbirdə iştirakçılardan kimə dəstək verəcəyini soruşub – Vensə, yoxsa Rubioya. Tədbirdə iştirak edən mənbələrə istinadla nəşr qeyd edir ki, “qonaqlar Rubioya daha səsli alqışlar veriblər”.

Buna baxmayaraq, hər iki siyasətçi ilə yaxın olan şəxslər onların dost olduqlarını bildirir. Rubio isə həm açıq şəkildə, həm də şəxsi görüşlərdə Vens ilə rəqabət aparmaq niyyətində olmadığını bəyan edib. Vens isə Respublikaçılar arasında 2028-ci il prezident seçkilərində ən çox şanslı namizəd hesab olunur.

Qəzet qeyd edir ki, Tramp son zamanlar Rubioya qarşı daha müsbət münasibət göstərir, onu şəxsi söhbətlərdə tərifləyir və tərəfdaşlarına Dövlət katibinin prezident yarışında qalib gəlmək şansına malik olduğunu deyir. Bundan başqa, Trampın yeni dönəminin başlanğıcından bəri ABŞ-ın xarici siyasətində fəallaşması Rubionu Ağ Evdə ən vacib qərarların qəbulunda əsas fiqura çevirib və prezident tez-tez ondan məsləhət alır.

Vens tərəfdarları son aylarda tez-tez bildirirlər ki, sağçı böyük lobbiçilər vitse-prezidenti tənqid etməyə pul ödəyirlər və onun əleyhinə planlı media kampaniyası aparılır. Eyni zamanda, Vensə dəstək verənlər arasında ABŞ administrasiyasının rəhbərinin oğlu Donald Tramp Jr., sağçı fəal Çarli Kirkin həyat yoldaşı Erika Kirk və jurnalist Taker Karlson var.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 10 Mart 2026 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see363

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see340

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see279

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see273

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see270

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see269

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see263

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see256

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see253

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see249

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see241

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see238

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see236

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see235

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see228

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see224

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see208

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri