Icma.az
close
up
RU
Tramp Vens və Rubionun prezidentlik yarışındakı şanslarını azaldır

Tramp Vens və Rubionun prezidentlik yarışındakı şanslarını azaldır

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens və dövlət katibi Marko Rubio Prezident Donald Trampın mümkün varisləri arasında Respublikaçılar Partiyasında ən yüksək şanslara malik şəxslər hesab olunurlar. Dövlətin ikinci şəxsi və baş diplomatı vəzifələri onlara aşkar siyasi üstünlüklər qazandırıb. Amma Tramp prezidentlik müddətinin son iki ilinə yaxınlaşdıqca, komandasında yer almağın mənfi tərəfləri getdikcə daha aydın görünür.

Teleqraf xəbər verir ki, bu barədə “Axios” yazıb.

Vens və Rubio son həftələrdə ictimaiyyət qarşısında Trampın komandasında olmağın xoşagəlməz nəticələri ilə üzləşməli olub.

Tramp aralıq seçkilərindən sonra Respublikaçıların məğlubiyyətini İranla müharibə ilə əlaqələndirən Vensin tənqidindən narazı qalıb.

Vitse-prezident ötən həftə “Müharibə Respublikaçılar Partiyasının üzləşdiyi seçki itkilərinə dəyərdimi?” sualına birbaşa cavab verməkdən yayınıb:

“Hesab edirəm ki, qərarları prezident verir və prezident bu addımı yenidən atacağını bildirib. Mənim vəzifəm isə ABŞ prezidentinə dəstək olmaqdır”.

Jurnalistlər Rubioya “Nvidia” şirkətinin rəhbəri və baş icraçı direktoru Censen Huanqın vəzifəsinə qaytarılması ilə bağlı sual ünvanlayanda dövlət katibi arxasını çevirərək oradan uzaqlaşıb.

“Axios” qeyd edir ki, İranla müharibə və “Nvidia” ətrafındakı vəziyyətlə bağlı məsələlərdə Vens və Rubio əks mövqelərdədir:

“İran məsələsinə gəlincə, Vens müharibənin başlanmasının əleyhinə çıxış eləsə də, bu mübahisədə uduzdu. Rubio isə prezidentin zərbə endirmək qərarının ən qətiyyətli müdafiəçilərindən biri olub və belə də qalır. Əgər o, 2028-ci ildə prezidentliyə namizəd olmaq qərarına gəlsə və müharibə indiki kimi qeyri-populyar olaraq qalsa, bu, onun üçün problem yarada bilər”.

“Nvidia” məsələsində isə Vens Rubionun Trampı bu addımdan çəkindirməyə çalışdığı barədə məlumatlara baxmayaraq, Huanqın vəzifəsinə qaytarılmasına nail olmaqda prezidentə kömək edib.

Bununla yanaşı, nə Vens, nə də Rubio hələlik 2028-ci ildə prezidentliyə namizəd olmaq niyyətlərini açıqlayıb. Halbuki Vensin namizədliyi çoxdan gözlənilir. O, bu barədə qərarını Yeni ildən sonra, hətta ola bilsin, yazın sonlarına yaxın verəcəyini bildirib.

Rubio isə Vens namizədliyini irəli sürəcəyi təqdirdə özü prezidentliyə namizəd olmayacağına işarə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 Noyabr 2026 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see338

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see329

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see326

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see314

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see312

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see301

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see301

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see293

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see273

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see269

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see268

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see266

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see264

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see261

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see259

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see255

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see252

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see233

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see220

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri