Tramp ABŞ də Çin avtomobil zavodlarının açılmasına icazə verilə biləcəyini bildirib
Icma.az bildirir, Cebheinfo portalına istinadən.
Ağ Ev lideri Donald Tramp Çinin avtomobil zavodlarının ABŞ ərazisində fəaliyyət göstərə biləcəyini istisna etməyib.
"Report"un verdiyi məlumata görə, Tramp bu barədə "Fox News" telekanalına müsahibəsində bildirib.
O bildirib ki, belə müəssisələrin amerikalılar üçün iş yerləri yaradacağı nəzərə alınmaqla buna qarşı deyil.
"Əgər Çin bura gəlib öz avtomobillərinin istehsalı üçün zavod açmaq istəsə, mən buna qarşı olmazdım", - deyə o əlavə edib.
Tramp nümunə kimi artıq bu modeldən istifadə edən Yaponiyanı göstərib və əsas şərti vurğulayıb: "Əsas məsələ odur ki, onlar bizim insanları işə götürürlər".
Bununla belə, Tramp başqa bir ssenariyə - Meksikada ucuz avtomobillərin istehsal edilərək daha sonra sərhəddən ABŞ-a gətirilməsinə yol verməyəcəyini bildirib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 13 Sentyabr 2026 11:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















