Tramp Çin avtomobillərinin ABŞ də istehsalına münasibət bildirib
Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Çin müəssisələrinin ölkə ərazisində avtomobil istehsalı zavodları inşa etməsinə qarşı olmadığını vurğulayıb.
Moderator.az xəbər verir ki, bu barədə dövlət başçısı "Fox News" televiziyasına verdiyi müsahibə zamanı danışıb.
"Əgər Çin bura gələrək öz maşınlarını istehsal etmək məqsədilə zavod açmaq istəsə, mən buna etiraz etmərəm. Yaponiyalılar bunu edirlər. Lakin onlar bizim vətəndaşlarımızı işə götürürlər. Ən mühüm məsələ onların bizim insanları iş yerləri ilə təmin etməsidir", - deyə ABŞ lideri qeyd edib.
Bununla yanaşı, Tramp Çin müəssisələrinin nəqliyyat vasitələrini aşağı xərclərlə Meksika ərazisində yığaraq ABŞ bazarına çıxarmasının əleyhinə olduğunu da diqqətə çatdırıb.
"Mən onların avtomobilləri aşağı xərclərlə Meksikada istehsal etməsini və sadəcə olaraq sərhədi keçərək ABŞ-yə gətirməsini istəmirəm. Buna qətiyyən yol verilməyəcək", - deyə o əlavə edib.
Vaşinqton və Pekin arasındakı iqtisadi-ticarət əlaqələrinə toxunan Tramp hazırkı dövrdə hər iki dövlət arasında durumun yaxşı olduğunu açıqlayıb.
"İndi Çinlə olan işlərimiz olduqca yaxşı irəliləyir. Əvvəllər vəziyyət çox pis idi, lakin hazırda hər şey qaydasındadır", - deyə ABŞ prezidenti fikrini yekunlaşdırıb. /oxu.az/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 12 Sentyabr 2026 13:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















