Tramp ABŞ dəki aralıq seçkilərdə respublikaçıların çətinlik çəkəcəyini etiraf edib
Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Prezidenti Donald Tramp etiraf edib ki, Respublikaçılar Partiyası üçün 2026-cı ilin payızında keçiriləcək aralıq seçkilərdən sonra Konqresin hər iki palatasında çoxluğu qorumaq asan olmayacaq.
"Report"un məlumatına görə, Tramp bunu "The Wall Street Journal" qəzetinə verdiyi müsahibədə bildirib.
"Görək necə olacaq. Biz qalib gəlməliyik, amma statistika baxımından qalib gəlmək çox çətin olacaq. Əlimizdən gələni etməyə çalışacağıq", – deyə ABŞ lideri vurğulayıb.
Tramp həmçinin ABŞ üçün çoxmilyardlıq investisiyalar cəlb etdiyini, lakin "bu pulların nə vaxt işləyəcəyini" bilmədiyini qeyd edib. "Mən tarixdə ən böyük iqtisadiyyatı yaratdım, amma insanların bunu dərk etməsi, yəqin ki, bir qədər vaxt aparacaq", – deyə o əlavə edib.
ABŞ Konqresinə aralıq seçkilər 3 noyabr 2026-cı ildə keçiriləcək. Bu seçkilərdə Nümayəndələr Palatasının bütün üzvləri (435 nəfər), həmçinin Senatın üçdə biri – 33 senator yenidən seçiləcək. Hazırda Konqresin hər iki palatasına respublikaçılar nəzarət edir.
"The Wall Street Journal" qeyd edir ki, adətən, hakim partiya aralıq seçkilərdə məğlubiyyətə uğrayır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 14 Dekabr 2025 10:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















