Tramp ABŞ maliyyə nazirinin istefaya göndərilə biləcəyini istisna etməyib
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
ABŞ Prezidenti Donald Tramp, Federal Ehtiyat Sisteminin (ölkənin mərkəzi bankı funksiyasını yerinə yetirir) əsas faiz dərəcəsini aşağı salmağa nail ola bilmədiyi təqdirdə, maliyyə naziri Skott Bessentin vəzifədən uzaqlaşdırılmasını mümkün hesab etdiyini bildirib.
APA xəbər verir ki, Tramp bu açıqlamanı Vaşinqtonda keçirilən ABŞ–Səudiyyə Ərəbistanı biznes forumunda çıxışı zamanı səsləndirib.
FES sədri Cerom Pauell haqqında danışan Tramp maliyyə nazirindən “ona təsir göstərməyi” tələb edib.
Prezident Pauelli tənqid edərək bildirib ki, "onun psixologiyasında problem var, nəsə qaydasında deyil”.
Tramp uzun müddətdir ki, FES-in əsas faiz dərəcəsini ardıcıl şəkildə endirmədiyi üçün qurum rəhbərini sərt şəkildə ittiham edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:20
Bu xəbər 20 Noyabr 2025 06:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















