Tramp İsrailin İrana zərbə endirə biləcəyini istisna etməyib
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İsrail İranın nüvə obyektlərinə zərbə endirə bilər, lakin ABŞ administrasiyası Tehranla qarşıdurmadan yayınmaq istəyir.
APA "CNN"ə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“Hər şey çox sadədir: İran nüvə silahına sahib ola bilməz. Qalan məsələlərdə isə istəyirəm ki, onlar uğurlu olsunlar. İstəyirəm ki, möhtəşəm olsunlar. Biz onlara uğurlu olmaqda kömək edəcəyik, onlarla ticarət aparacağıq və lazım olan hər şeyi edəcəyik. Amma mən qarşıdurmadan yayınmaq istərdim. İran isə daha sərt danışıqlara getməli olacaq. Yəni, indi vermək istəmədiklərini verməli olacaqlar”, – ABŞ Prezidenti əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 12 İyun 2025 22:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















