Tramp ABŞ nin Ukraynanın resurslarına iddia etmək hüququnun olduğunu açıqladı
Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Kiyevlə bağlanan müqavilənin Vaşinqtona istənilən vaxt demək olar ki, istənilən Ukrayna resurslarını əldə etməyə imkan verdiyini bildirdi.
Moderator.az xəbər verir ki, bu barədə "RIA Novosti" Trampın "Real America's Voice" telekanalına verdiyi müsahibəsinə əsasən məlumat dərc edib.
Bildirilir ki, ABŞ Amerika prezidentinin fikrincə, razılaşma nadir torpaq elementlərini əhatə edir. Dəqiq rəqəm səsləndirilməsə də, bu müqavilənin 300 milyard dollardan qat-qat çox dəyərdə olduğu vurğulanıb.
Bununla yanaşı, Tramp Ukraynanın münbit torpaqlarının və əhəmiyyətli faydalı qazıntı ehtiyatlarının olduğunu xüsusi olaraq diqqətə çatdırıb.
"Biz istədiyimiz zaman ora daxil ola və istədiyimiz, demək olar ki, hər şeyi əldə edə bilərik", - deyə D.Tramp qeyd edib.
Daha əvvəl, Kiyevlə mineral resurslar üzrə sövdələşməni şərh edərkən, Tramp Birləşmiş Ştatların artıq Ukraynada "kiçik bir payının" olduğunu bəyan etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:189
Bu xəbər 01 Avqust 2026 14:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















