Tramp ABŞ şirkətlərinə görə Avropanı tariflərlə hədələyib
Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
Ağ Ev lideri Donald Tramp, Avropanın Amerika şirkətlərinin rəqəmsal xidmətlərinə vergi tətbiq edəcəyi təqdirdə, ABŞ-yə ixrac etdiyi məhsullara yeni, yüksək tariflərlə hədələyib.
Moderator.az xəbər verir ki, bu barədə Tramp "Truth Social"da yazıb.
"Bir çox Avropa ölkəsi Amerika şirkətlərinə rəqəmsal xidmətlər vergisinin tətbiqinin yaxınlaşdığını müzakirə edir. Bu ölkələrin bəziləri bunu faktiki olaraq tətbiq etməyə yaxındır. Qoy bu açıqlama belə bir vergi tətbiq edən hər hansı bir ölkənin dərhal ABŞ-a göndərilən bütün mallarına 100% tarif tətbiq edəcəyi barədə xəbərdarlıq olsun. Bu rüsumlar, həmin ölkələrlə bağlanan ticarət müqavilələrini, həmin müqavilələrin artıq qüvvəyə minib-minməməsindən və ya imzalanmasından asılı olmayaraq əvəz edəcək. Bundan əlavə, əgər onlar yuxarıda qeyd olunan vergini Amerika şirkətlərindən yığmağa başlasalar, dərhal 100% rüsum tətbiq ediləcək", - deyə o əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 26 İyun 2026 23:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















