Icma.az
close
up
RU
Tramp ABŞ yə gələn qaçqın sayına limit qoydu İldə cəmi 7500 nəfər...

Tramp ABŞ yə gələn qaçqın sayına limit qoydu İldə cəmi 7500 nəfər...

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Donald Tramp administrasiyası ölkəyə ildə cəmi 7 min 500 qaçqın qəbul ediləcəyini, onların çoxunun ağdərili Cənubi Afrika vətəndaşları olacağını açıqlayıb.

Oktyabrın 30-da Federal Reyestrdə bu haqda bildiriş dərc olunub. Rəqəmlərlə bağlı heç bir səbəb göstərilməyib.

Sənəddə 2026-cı maliyyə ili üçün 7 min 500 qaçqının qəbulu humanitar narahatlıqlarla əsaslandırılır və ya milli maraqlara uyğun olduğu bildirilir. İndiyədək ölkənin qaçqın proqramına hər iki partiya dəstək verib. Ancaq Prezident Donald Tramp vəzifəsinə başlayan gün proqramı dayandırıb, o vaxtdan ölkəyə çox az sayda qaçqın qəbul olunub, onların da çoxu ağdərili cənubi afrikalılardır. Bəzi qaçqınlar proqram dayandırılanda artıq ABŞ-yə getmək prosesində olduqlarından məhkəmə qərarı ilə qəbul ediliblər.

Administrasiya fevralda afrikanerlər (Holland, alman və fransız kolonistlərin Cənubi Afrikada törəmələrindən ibarət xalq) üçün xüsusi proqram elan edib. O zaman bildirilib ki, ağdərili cənubi afrikalı fermerlər öz ölkələrində ayrıseçkilik və zorakılıqla üzləşirlər. Cənubi Afrika Respublikası hökuməti bu iddiaları qətiyyətlə təkzib edir. "Reuters" xəbər verir ki, sentyabrın əvvəlinədək ABŞ-yə cəmi 138 cənubi afrikalı gedib.

İndiyədək ABŞ dünyanın müxtəlif yerlərindən müharibə və təqiblərdən qaçan yüz minlərlə insana sığınacaq verib.

Demokrat Prezident Co Bayden administrasiyası dövründə qaçqın qəbulu üçün illik limit 125 min idi. 2024-cü ildə Birləşmiş Ştatlara 100 min qaçqın gəlib.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 31 Oktyabr 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see512

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see232

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see226

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see213

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see211

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see204

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see198

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see188

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see185

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see182

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see180

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see160

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see155

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see154

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see148

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see144

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see142

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see140

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri