Icma.az
close
up
RU
Tramp ABŞ a qaçqın qəbuluna limit qoydu

Tramp ABŞ a qaçqın qəbuluna limit qoydu

Icma.az, Azpost saytına istinadən bildirir.

Tramp administrasiyası ölkəyə ildə 7 min 500 qaçqın qəbul ediləcəyini, onların çoxunun ağdərili Cənubi Afrika vətəndaşları olacağını açıqlayıb.

Oktyabrın 30-da Federal Reyestrdə bu haqda bildiriş dərc olunub. Rəqəmlərlə bağlı heç bir səbəb göstərilməyib. Sənəddə 2026-cı maliyyə ili üçün 7 min 500 qaçqının qəbulu humanitar narahatlıqlarla əsaslandırılır və ya milli maraqlara uyğun olduğu bildirilir.

İndiyədək ölkənin qaçqın proqramına hər iki partiya dəstək verib. Ancaq prezident Donald Tramp vəzifəsinə başlayan gün proqramı dayandırıb, o vaxtdan ölkəyə çox az sayda qaçqın qəbul olunub, onların da çoxu ağdərili cənubi afrikalılardır. Bəzi qaçqınlar proqram dayandırılanda artıq ABŞ-yə getmək prosesində olduqlarından məhkəmə qərarı ilə qəbul ediliblər.

Administrasiya fevralda afrikanerlər (Holland, alman və fransız kolonistlərin Cənubi Afrikada törəmələrindən ibarət xalq) üçün xüsusi proqram elan edib. O zaman bildirilib ki, ağdərili cənubi afrikalı fermerlər öz ölkələrində ayrıseçkilik və zorakılıqla üzləşirlər. Cənubi Afrika Respublikası hökuməti bu iddiaları qətiyyətlə təkzib edir.

“Reuters” xəbər verir ki, sentyabrın əvvəlinədək ABŞ-yə cəmi 138 cənubi afrikalı gedib.

İndiyədək ABŞ dünyanın müxtəlif yerlərindən müharibə və təqiblərdən qaçan yüz minlərlə insana sığınacaq verib.

Demokrat prezident Co Bayden administrasiyası dövründə qaçqın qəbulu üçün illik limit 125 min idi. 2024-cü ildə Birləşmiş Ştatlara 100 min qaçqın gəlib.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://azpost.info
archiveBu xəbər 31 Oktyabr 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see284

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see269

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see260

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see260

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see258

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see252

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see246

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see244

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see235

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see227

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see221

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see221

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see218

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see212

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see208

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see207

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see206

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see198

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri