Tramp açıqladı: "Toyota" Meksikadan ABŞ a köçür
Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Yaponiyanın "Toyota" avtokonserni Texasda 3.6 milyard dollar dəyərində zavodun tikiləcəyini elan edib. Pikap tipli "Tacoma" modellərinin istehsalının böyük hissəsi oraya köçürüləcək.
Axar.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə "Truth Social" platformasında yazıb:
"Toyota" şirkəti Meksikadan Amerika Birləşmiş Ştatlarına (Texasa!) köçür. Bu, həqiqətən də çox mühüm hadisədir. Tariflər işləyir!" , - deyə o vurğulayıb.
San-Antonio şəhərində inşa ediləcək yeni zavodun sahəsi 232 min kvadratmetr təşkil edəcək. Tikinti işlərinin artıq 2030-cu ildə başa çatdırılması planlaşdırılır və müəssisə təxminən 2 000 yeni iş yerinin yaradılmasına imkan verəcək.
Xatırladaq ki, ABŞ 2025-ci ilin yazında idxal olunan avtomobillərə və ehtiyat hissələrinə 25%-lik rüsumlar tətbiq edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 08 İyul 2026 01:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















