Icma.az
close
up
RU
Tramp administrasiyası ilk dəfə olaraq Gürcüstandakı hadisələrə rəsmi münasibətini açıqlayıb

Tramp administrasiyası ilk dəfə olaraq Gürcüstandakı hadisələrə rəsmi münasibətini açıqlayıb

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Tramp administrasiyası ilə dəfə olaraq Gürcüstandakı hadisələrə rəsmi münasibətini açıqlayıb.

Gununsesi.info-nun xəbərinə görə, Dövlət Departamentindən verilən yazılı açıqlamada bildirilir:

“ABŞ 33 il ərzində Gürcüstanın, gürcü xalqının tərəfdaşı olub. Gürcüstanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini dəstəkləyirik. Biz Birləşmiş Ştatlarla münasibətləri yaxşılaşdırmaq niyyətində ciddi olduğunu nümayiş etdirmək üçün Gürcüstan hökumətinin ata biləcəyi addımları dəqiq müəyyən etmişik. “Gürcü Arzusu” hökumətinin davam edən anti-demokratik hərəkətlərinə gəlincə, vitse-prezident Vensin Münhendə qeyd etdiyi kimi, demokratik mandat opponentlərin həbsə atılması və ya senzura ilə əldə edilə bilməz”.

Siyasi şərhçi Şahin Cəfərli isə bildirir ki, bu mövqe  “Gürcü Arzusu” hökuməti ilə bağlı keçmiş administrasiyanın siyasətini ümumən davam etdirmək fikrini ortaya qoyur:”Çünki münasibətlərin düzəlməsi üçün Gürcüstan tərəfinin hansı addımları atmalı olduğu məhz Bayden dövründə müəyyənləşdirilib.

Doğrudur, Dövlət Departamenti Gürcüstanla münasibətləri qiymətləndirməyə davam etdiklərini əlavə edib, lakin martın 27-də Senatın Xarici Əlaqələr Komitəsində “Gürcü Arzusu” əleyhinə hazırlanmış qanun layihəsi – “Meqobari Aktı”nın respublikaçılar və demokratların səsləri ilə qəbulu Vaşinqtonda küləyin hansı istiqamətdə əsdiyini göstərir.

Gürcüstan tarixinin ən böyük iqtisadi layihəsi olan Anakliya dərin dəniz limanı layihəsindən amerikalı ortağın qovularaq Çinin (üstəlik, ABŞ sanksiyası altındakı şirkətlərin) proyektə cəlb olunması Vaşinqtonda xüsusilə qıcıq doğurur”.

Afət Abbasova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 02 Aprel 2025 22:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see542

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see445

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see434

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see313

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see301

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see294

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see293

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see289

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see282

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see277

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see255

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see253

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see249

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see245

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see245

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see244

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see241

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see238

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri