Icma.az
close
up
RU
Fransanın Gürcüstandakı hadisələrə müdaxilə etmək lüksü yoxdur AÇIQLAMA

Fransanın Gürcüstandakı hadisələrə müdaxilə etmək lüksü yoxdur AÇIQLAMA

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Fransanın Gürcüstandakı hadisələrə müdaxilə etmək və onu şərh etmək kimi bir lüksü ola bilməz. Çünki Fransa özü xalqlar cəhənnəmidir. Fransa müstəmləkə altında saxladığı bütün bölgələrdə insan haqları fəallarını həbsxanalara məhkum edib. Eyni zamanda, ölkədə öz haqqını tələb edən insanların, Makron hökumətinə öz etirazlarını bildirənlərin aksiyalarının atlar və itlərlə necə kobud formada dağıdıldığını görmüşük”. 
Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.
O qeyd edib ki, Gürcüstan parlamentinin birinci vitse-spikeri Giorgi Volskinin dediyi kimi Fransadakı aksiyalarda saysız insanlar ölüb, yaralanıb: 
“İnsanlar məhkəmə çəkişmələrinə dəvət olunub, hakimiyyətin güc strukturları tərəfindən Fransada böyük təqiblərə və təzyiqlərə məruz qalıblar. İndi Fransa kimi bir ölkənin Gürcüstan xalqının seçimini qəbul etməməsi, Gürcüstandakı siyasi sabitliyi pozmaq üçün bütün təxribat vasitələrindən istifadə etməsi, həmçinin ölkə ilə bağlı qəbuledilməz fikirlər səsləndirməsi onun ənənəvi riyakarlığının davamıdır. Fransa bu addımları ilə Cənubi Qafqazda Ermənistandan sonra Cənubi Qafqazda özünə ikinci satellit yaratmaq üçün Gürcüstana qarışmağa hazır olduğunu açıq formada bəyan edir”. 
Ekspert vurğulayıb ki, bu gün Fransanın dünyanın hər yerində nümayiş etdirdiyi təxribatçı mövqeyi əsla qəbul edilən deyil: 
“Uzun illər Ermənistandakı Sarkisyan xuntasını dəstəkləyən Fransa Emanuel Makronun hakimiyyəti dövründə solçuların Ermənistanda hakimiyyəti ələ almalarına dəstək göstərdi. Fransa Nikol Paşinyan hakimiyyətini silahlandırıb onu bölgədə təxribatlara sürükləməklə Cənubi Qafqazla bağlı təhlükəli planlarını icra edir. Biz bu gün də görürük ki, Fransa təkcə bu tip təxribatlar törətməklə qalmır, həm də regionu qarışdırmağa çalışır, burada öz çirkin niyyətləri həyata keçirmək üçün əlindən gələn bütün vasitələrdən istifadə edir”.
Törə Zeynallı
Demokrat.az

 
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:374
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 13 Dekabr 2024 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri