Tramp administrasiyası Müsəlman Qardaşları nı terror təşkilatı elan edəcək
Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ dövlət katibi Marko Rubio bəyan edib ki, ABŞ Müsəlman Qardaşlarını (İxvan) terror təşkilatı kimi təsnif etmək üçün çalışır, lakin bu proses hüquqi baxımdan mürəkkəbdir.
Turkustan.az xəbər verir ki, Rubio aparıcının “Səhər Sid və Dostları” verilişində “Niyə səlahiyyətlilər nə Müsəlman Qardaşları, nə də Amerika-İslam Münasibətləri Şurasını (CAIR) terror təşkilatı kimi təyin etməyiblər?” sualına cavab verib.
Aparıcı xatırladıb ki, bu təşkilatlar Demokratlardan Nyu-York merliyinə namizəd kimi mübarizə aparan Zəhran Mamdanini dəstəkləyib, Mamdanini “qeyri-sabit” və “dəli” adlandırıb.
Rubio bu addımın "hazırlıq mərhələsində olduğunu" ifadə edərək, "Müsəlman Qardaşlar"ın müxtəlif qolları var, ona görə də hər bir qol ayrı-ayrılıqda təsnif edilməlidir" dedi.
Rubio vəzifəyə başlamazdan əvvəl tam məlumatlı olmadığı bir prosesin olduğunu və bu prosesin qərarları hüquqi etirazlardan qorumaq üçün sübutların toplanması və lazımi sənədlərin hazırlanmasını tələb etdiyini bildirib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 13 Avqust 2025 15:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















