Icma.az
close
up
RU
Tramp administrasiyası Tehrana savaş və sülh arasında seçim qoyub Politoloq

Tramp administrasiyası Tehrana savaş və sülh arasında seçim qoyub Politoloq

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsrailin İrana istənilən hücumu barıt çəlləyini alovlandıracaq və bütün regionda partlayışa səbəb olacaq.

Teleqraf xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf deyib.

İsrail Baş naziri Benyamin Netanyahunun İranın nüvə proqramının ləğv edilməsi zərurəti ilə bağlı bəyanatına toxunan spiker qeyd edib:

“İran xalqı köhnə “yaxşı polis-pis polis” oyununa aldanmayıb. Ölkəmizə qarşı istənilən hücum bütün bölgəni partladacaq barıt çəlləyinin yandırılması deməkdir. Hücum potensialımızı mümkün qədər böyük ölçülərdə maksimuma çatdırmaq üçün əllərimiz açıqdır və bunu etmək üçün bacarıq və iradəmiz var”.

Qalibaf iddia edir ki, İsrail Vaşinqtonsuz heç bir macəraya getməyəcək, amma İrana istənilən hücum (Yaxın Şərqdəki) Amerika bazalarını cavab reaksiyasına məruz qoyacaq.

Xatırladaq ki, İsrail baş naziri aprelin 27-də İranın nüvə infrastrukturunun tamamilə ləğv edilməsi çağırışını təkrarlayıb.

Netanyahu bəyan edib ki, İranla yeganə yaxşı sövdələşmə Liviyanın 2003-cü ildə Qərblə bağladığı və nüvə, kimyəvi, bioloji və raket proqramlarından əl çəkdiyi razılaşmaya bənzər, bütün infrastrukturun ləğvi ilə nəticələnən anlaşma olacaq.

“ABŞ ilə sıx təmasdayıq. İran heç bir halda heç bir nüvə silahına malik olmayacaq”, - İsrail lideri vurğulayıb.

Həmçinin Netanyahu qeyd edib: “İran oxunu (Yaxın Şərqdəki proksi qüvvələrini – red.) darmadağın etdik, amma hələ çox işimiz var”.


Politoloq Elçin Xalidbəyli Sherg.az-a deyib ki, Ukrayna müharibəsinin sona çatmasından sonra İran mövzusu ABŞ üçün əsas prioritetə çevriləcək. O, qeyd edib kiç artıq bu proses başlayıb:


"Tramp administrasiyası İranın nüvə proqramlarının ləğvi ilə bağlı təzyiqləri artırır. Hazırda ilkin danışıqlar davam etməkdədir. Hələlik belə bir ciddi və real anlaşma əlamətləri müşahidə olunmur. ABŞ-nin Yaxın Şərqdəki ən yaxın müttəfiqi olan İsrail də İranla qarşıdurmada birbaşa iştirak edir. İsrail İranın nüvə proqramlarının ləğvində israrlı mövqe tutur. Bəzi məlumatlara görə, İsrail hətta Tehrana qarşı daha radikal addımların atılmasında istəklidir. Odur ki, bunu Tramp administrasiyasının diqqətinə çatdırıb. Lakin Tramp və onun komandasındakı bəzi dövlət məmurları İrana qarşı hərbi təzyiqlərin atılmasında qarşı çıxırlar. Vaşinqton Tehranla mövcudd problemləri siyasi-diplomatik yollarla həll edilməsinə üstünlük verir. Hətta irəliləyiş olmasa da, bu prosesin davam etdirilməsində israrlı mövqe tuturlar. Amma danışıqlar mərhələsinin nə qədər çəkəcəyi hələki qeyri-müəyyəndir. Ağ Ev indiki halda bəyan edir ki, İran 2 variantdan birini seçməlidir: Ya nüvə silahının ləğvi ilə bağlı anlaşma imzalamalıdır və beynəlxalq qurumlarına nüvə obyektlərinə daxil olmasına imkan yaratmalıdır. Və ya ikinci variantın gündəmə gəlməsi ilə barışacaq. Yəni İran hərbi zərbələrə hazır olmalıdır".


Politoloq qeyd edib ki, Tramp administrasiyası Tehrana savaş və sülh arasında seçim qoyub:

"Bəzi məlumatlara görə, bu savaş başlayarsa, o zaman ABŞ ilə yanaşı İsrail də hərbi əməliyyatlarda birbaş iştirak edə bilər. Nəticədə Yaxın Şərqdə yeni hərbi-siyasi böhrana gətirib çıxaracaq. İrana qarşı hərbi əməliyyatlar olduqca qlobal, humanitar təhlükəli və fəlakətli xarakter daşıyır. Çünki bu, bütün Yaxın Şərq regionuna yayıla bilər. Eyni zamanda İranın qonşuluğundakı bölgələrə birbaşa və ya dolayısı yolla təsir göstərəcək. Ümumiyyətlə Ağ Ev Tehranla bağlı qərarlar qəbul edərkən bütün nəticələri nəzərə almalı olacaq. Hələlik Tramp administrasiyasının təhdidlərinə baxmayaraq ABŞ-nin İrana qarşı müharibəyə başlamaq niyyəti inandırıcı görünmür".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://sherg.az
archiveBu xəbər 30 Aprel 2025 19:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see278

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see251

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see220

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see205

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see200

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see197

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see192

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see179

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see174

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see159

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see154

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see153

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see148

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see145

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see144

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see144

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see142

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see140

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see138

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri