Icma.az
close
up
RU
Tramp administrasiyası Cənubi Qafqazda erməni mərkəzli siyasət yürütmür Politoloq

Tramp administrasiyası Cənubi Qafqazda erməni mərkəzli siyasət yürütmür Politoloq

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

ABŞ administrasiyasının Tramp hakimiyyəti ilə bağlı Azərbaycan və Ermənistanla olan anlaşması obyektiv olaraq nəzərə alınarsa, Paşinyan iqtidarının daxil olunması sülh maraqlarına cavab verərdi


Ermənistanın ABŞ-dəki səfiri Lilit Makunts ABŞ Konqresmeni Bred Şnayderlə görüşüb.

Bu barədə Ermənistanın ABŞ-dəki səfirliyi məlumat yayıb.

Görüşdə Ermənistan ilə ABŞ arasında əməkdaşlığın inkişafı, o cümlədən strateji tərəfdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub.

Tərəflər, həmçinin Cənubi Qafqazda mövcud vəziyyət və Ermənistanın qonşu ölkələrlə münasibətlərin normallaşdırılması istiqamətində atdığı addımlar barədə fikir mübadiləsi aparıblar.


Politoloq Zaur İbrahimli “Sherg.az”a bildirib ki, Tramp administrasiyası Bayden administrasiyasından fərqli olaraq, Cənubi Qafqazda erməni mərkəzli siyasət yürütmür:


“Tramp daha çox obyektiv, ABŞ-nin həqiqi, milli maraqları səviyyəsində siyasət həyata keçirir. Paşinyan iqtidarına  qarşı Rusiyadan təzyiqlər və Ermənistan Baş nazirinin kilsə ilə başlatdığı savaş xarici dəstəyi zəruri edir. 2026-ci ilin iyul ayının 7-ə təyin olunan parlament seçkilərinə hazırlıqların başlaması fonunda Vaşinqtonun dəstəyi Paşinyan iqtidarı üçün vacibdir. Tramp administrasiyası pərdə arxasından mümkün vasitələrlə Paşinyan iqtidarına dəstək verəcək. O, ABŞ-lə ciddi əlaqlərə malikdir, xüsusilə ordu quruculuğunda, təhlükəsizlik qüvvələrinin gücləndirilməsində ABŞ ona dəstək verir. Pentoqon nümayəndələri Ermənistan ordusunda, Baş Qərargahında müşavir vəzifələrində tuturlar. Bundan əvvəl Ermənistanla ABŞ arasında iki hərbi təlim keçirilib. Yəni əlaqalər Bayden administrasiyası dövründə olduğu qədər sıx inkişaf etməsə də, Vaşinqtonda geosiyasi səbəblərdən Paşinyan iqtidarının hakimiyyətdə qalmasında maraqlıdırlar. Paşinyan ABŞ-dən  dəstəyin gücləndirməyini istəyəcək. Nikolun bu istəyini ABŞ nəzərdən keçirə bilər. Çünki Ermənistanda iqtidarın öz mövqelərini qoruması, növbəti parlament seçkilərində qalib gəlməsi regionda ABŞ-nin təsir imkanlarını artıracaq. Eyni zamanda bu, Rusiyanın təsir gücünü və nüfuz dairəsini məhdudlaşdırır. Ermənistan və ABŞ əlaqalərinin inkişaf etməsi indiki halda, bütün regiona təsir göstərəcək. Ermənsitanda isə Paşinyan iqtidarının mövqeyinin qorunması, revaşistlərin hakimiyyətə gəlməməsi baxımından müsbət addımdır”.

Politoloq, Ermənistan, Azərbaycan və ABŞ münasibətlərinin inkişaf etməsinin regiona necə təsir göstərəcəyindən də danışıb:

“ABŞ administrasiyasının Tramp hakimiyyəti ilə bağlı Azərbaycan və Ermənistanla olan anlaşması obyektiv olaraq nəzərə alınarsa, Paşinyan iqtidarının daxil olunması sülh maraqlarına cavab verərdi. Lakin yenidən Bayden administrasiyası dövründəki erməni mərkəzli siyasət ön plana çıxacaqsa, bu indiyədək olan nailiyyətlərin üstünə xətt çəkəcək. Bir qrup konqresmen də dövlət katibinə guya Qarabağdan köçən ermənilərin hüquqlarının müdafiəsi ilə bağlı müraciətini də diqqətdən kənar qoymaq olmaz. Erməni lobbisinin təsiri ilə bəzi dairələr yenidən əvvəlki siyasətin qayıtmasına çalışırlar. 

ABŞ siyasətindən əsas gözləntilər indiki obyektiv yanaşmanın qalcağından ibarətdir. Yəni Bakı istəyir ki, Vaşinqton bölgədə sülh danışıqlarını dəstəkləsin və ayrıcı xətlər çəkməkdən yayınsın. Bu mənada erməni lobbisinin təsir imkanları məhdudlaşdırılmalıdır ki, Tramp administrasiyası Azərbaycanla münasibətlərini Ermənistan kontekstində dəyərləndirilməsin. Çünki Bayden administrasiyası dövründəki səhvlərin təkrarlanması ABŞ-nin regiondakı maraqlarına zərbə olar”. 


Kəmalə Vəliyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 İyul 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see246

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see235

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see211

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see199

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see167

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see167

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see154

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see153

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see150

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see145

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see140

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see137

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see137

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see136

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri