Tramp administrasiyası təxminən 30 yüksək vəzifəli diplomatı geri çağırır
Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.
ABŞ-dakı Tramp administrasiyası, "Amerika Birinci" siyasətini tam dəstəkləyən diplomatik qüvvə yaratmaq məqsədilə səfirlər də daxil olmaqla, təxminən 30 karyera diplomatını vəzifələrindən geri çağırdığı bildirilir.
Turkustan.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin iki rəsmisi Associated Press agentliyinə bildirib ki, ən azı 29 ölkədəki yüksək vəzifəli diplomatlara xidmət müddətlərinin yanvar ayında başa çatacağı barədə məlumat verilib.
Rəsmilər qeyd ediblər ki, sözügedən diplomatların hamısı vəzifələrinə keçmiş prezident Co Baydenin administrasiyası dövründə başlayıblar və Trampın ikinci müddətinin ilk aylarında baş verən kadr dəyişiklikləri onlara təsir etməyib.
Rəsmilər bildiriblər ki, qərargahlara geri çağırılan diplomatlar istəsələr, karyeralarını Vaşinqtonda başqa vəzifələrdə davam etdirə bilərlər.
ABŞ Dövlət Departamenti bu məsələ ilə bağlı açıqlamasında kadr dəyişikliklərinin "istənilən administrasiyada müşahidə edilə bilən standart bir proses" olduğunu vurğulayaraq, səfirlərin "prezidentin şəxsi nümayəndələri" olduğunu və prezidentin "Amerika Birinci" siyasətini irəli sürəcək şəxslərlə işləməyin təbii haqqı olduğunu əlavə edib.
Digər tərəfdən, ən çox işdən çıxarılan bölgənin Afrika olduğu və burada 13 səfirin işdən çıxarılacağı, ardınca 6 səfir dəyişikliyi ilə Asiya və 4 səfirin geri çağırıldığı ilə Avropanın gəldiyi bildirilir.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 22 Dekabr 2025 14:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















