Jaguar təxminən 3 min krossoverini geri çağırır
Icma.az bildirir, Oxu.az portalına istinadən.
"Jaguar" şirkəti yanğın riski ilə bağlı 2 760 "I-Pace" model elektromobilini geri çağırır.
Oxu.Az xəbər verir ki, bu barədə "CarsCoops" məlumat yayıb.
Britaniyanın avtomobil istehsalçısı əvvəlki geriçağırma kampaniyaları zamanı problemin həllində uğursuzluqla üzləşib. İndi isə 2019-cu il istehsalı olan avtomobillər ABŞ-dəki sahiblərindən geri alınacaq.
Məsələ batareyaların həddindən artıq qızması və yanğın riskinin yüksək olması ilə bağlıdır. Şirkət öncəki kampaniyalarda proqram təminatını yeniləməklə problemi həll etməyə çalışıb. Lakin avtomobil sahibləri həddindən artıq qızma ilə bağlı şikayətlərini davam etdiriblər.
Avqust ayında "Jaguar" sürücülərə avtomobillərini binalardan uzaqda, açıq ərazilərdə park etməyi tövsiyə edib.
"CarsCoops"un məlumatına görə, proqram təminatının yenilənməsinə baxmayaraq, 2019-cu il istehsalı olan üç avtomobilin yanması qeydə alınıb.
Baxış sayı:94
Bu xəbər 27 Noyabr 2024 02:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















