Icma.az
close
up
RU
Tramp Aİ mallarına rüsum tətbiq etməyə, Aİ isə əks addımlara hazırlaşır: Sərt tarif siyasəti kimə daha çox ziyan vuracaq? TƏHLİL

Tramp Aİ mallarına rüsum tətbiq etməyə, Aİ isə əks addımlara hazırlaşır: Sərt tarif siyasəti kimə daha çox ziyan vuracaq? TƏHLİL

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Prezident Donald Tramp ABŞ-nin Avropa mallarına rüsumlar tətbiq edəcəyi barədə fikirlər səsləndirib.

Avropa İttifaqı (Aİ) isə ABŞ-nin tarif siyasətini ciddi şəkildə tənqid edərək, öz iqtisadi maraqlarını qorumaq üçün dərhal əks tədbirlər görəcəyini bildirib.

“Aİ-yə əsassız tariflər tətbiq olunarsa, bu, cavabsız qalmayacaq, qəti cavab tədbirlərinə səbəb olacaq. Aİ öz iqtisadi maraqlarını qorumaq üçün hərəkət edəcək. Biz işçilərimizi, müəssisələrimizi və istehlakçılarımızı qoruyacağıq”, - deyə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen deyib.

Yeni tariflər tətbiq olunarsa, bunun həm ABŞ, həm də Aİ üçün nə ilə nəticələnəcəyini, bundan daha çox hansı sənaye sahələrinin təsir görəcəyinə dair məsələlərə aydınlıq gətirmək üçün APA ekspertlərin fikrini öyrənib.

Britaniyalı şərhçi Niel Uatson APA-ya müsahibəsində Trampın sözügedən qərarının səhv olduğunu və əks-təsir göstərəcəyini bildirib: “Nəticədə, ABŞ-də xammal qıtlığı yaranacaq. Çünki ölkədə yerli metallar qeyri-kafidir, bu da istehsalda məhsul xərclərinin artmasına gətirib çıxaracaq”.

Aİ digər bazarlara üz tutacaq

Ekspert bildirib ki, xammal çatışmazlığı və ABŞ məhsullarının dünya miqyasında rəqabət qabiliyyətinin olmaması ABŞ şirkətlərinin iflasına səbəb ola, bu da kütləvi işsizlik və iqtisadi tənəzzülə gətirib çıxara bilər: “Bu qərarın Avropa İttifaqı ölkələrinə təsiri böyük ola bilər. ABŞ Aİ polad və alüminium məhsullarının əsas müştərisidir. Buna görə də Aİ digər bazarlara, xüsusən də Uzaq Şərq və Çin, eləcə də Aİ ilə güclü əlaqələri olan Körfəz ölkələrinə üz tutacaq. Onlar xammala xərclənmiş vəsaitin azalmasından faydalanacaq və bu da onların məhsullarını beynəlxalq bazarda daha rəqabətli edəcək, bununla da ABŞ məhsullarının rəqabət qabiliyyətsizliyi daha da dərinləşəcək. Ursula von der Leyen, həmçinin, ABŞ istehsalı olan məhsullara qarşı qarşılıqlı tariflərin gözlənilən olduğunu vurğulayıb, bu da 2018-ci ildə Tramp Administrasiyasının ilk dövründə baş verən vəziyyəti xatırladır.”

Trampın bu qərarı ABŞ-də istehsalatın sonunu gətirə bilər

Sözügedən qərarın qüvvəyə minməsi halında hansı sənaye sahələrinin daha çox təsir görəcəyi məsələsinə toxunan Niel Uatson ağır mədənçıxarma, hasilat, metal emalı sənayesi, logistika və əlaqəli sənayelərin daha çox zərər görəcəyini qeyd edib: “Düşünürəm ki, Trampın bu qərarı ABŞ-də istehsalatın sonunu gətirə bilər. Çünki bu ölkənin bütün müstəvilərdə rəqabət qabiliyyətinin zəifləməsinə gətirib çıxaracaq, bununla da xüsusilə Uzaq Şərqə uduzacaq. Bu, Çin üçün “Yeni il” hədiyyəsi olacaq. Aİ iqtisadiyyatı müvəqqəti olaraq qeyri-sabitləşəcək, lakin son nəticədə onların yeni müştəriləri daha sabit olacaq və genişlənəcək. ABŞ-ın proteksionizmi əks nəticə verəcək, bunun fəsadlarını isə ABŞ xalqı çəkməli olacaq”.

Politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli isə APA-ya açıqlamasında Trampın Aİ-yə yeni rüsumlar tətbiq etməsinin, ilk növbədə, Avropa İttifaqı ölkələrinin kömür və alüminium sənayesinə ciddi təsir göstərə biləcəyini bildirib: “Trampın Avropa İttifaqının bəzi məhsullarına tətbiq edəcəyi əlavə gömrük rüsumu yalnız Avropa İttifaqı ölkələrinin deyil, eyni zamanda, ABŞ iqtisadiyyatına da təsir göstərə bilər. Nəzərə almaq lazımdır ki, ticarət dövriyyəsi məsələsində bəzi sahələrdə Avropa İttifaqının, bəzi sahələrdə isə ABŞ-nin defisiti var. Ona görə hesab edirəm ki, texnoloji xidmət, texnoloji məhsullar məsələsində Aİ-nin ABŞ ilə ticarət dövriyyəsində defisiti var və Avropa İttifaqı ilk növbədə, bu sahəyə əlavə gömrük rüsumları tətbiq edir”.

Dünyanın ən böyük ticarət dövriyyəsi Aİ və ABŞ arasındadır

“Bütövlükdə isə hesab edirəm ki, hər iki tərəf arasında olan ticarət dövriyyəsi dünyanın ən böyük ticarət dövriyyəsi hesab edilə bilər. 2023-cü il statistik məlumatına görə, bu ticarət dövriyyəsi bir trilyondan yuxarı olmuşdu. Yəni, kifayət qədər böyük ticarət dövriyyəsi olan tərəflərin ticari münasibətlərindən söhbət gedir. Bu ticarət müharibəsi hər iki tərəfin iqtisadiyyatına ciddi təsir göstərə bilər,” deyə M. Məmmədli əlavə edib.

Şərhçinin fikrincə, bu iqtisadi müharibəni müəyyən mənada qlobal miqyasda proteksionizm dövrünün başlanğıcı hesab etmək olar: “Çünki Donald Tramp yalnız Avropa İttifaqına deyil, digər ölkələrə tətbiq etdiyi sanksiyalarla bağlı danışanda adətən bunu amerikalı istehsalçıların hüquqlarının və maraqlarının müdafiəsi kimi izah edir. Hesab edir ki, bu qərarları verməklə ABŞ daha zəngin bir ölkəyə çevrilə bilər. Lakin hesab edirəm ki, bu qərarları bütövlükdə proteksionizm dövrünə qayıdış kimi də dəyərləndirilmək mümkündür”.

Trampın yeni tarif siyasəti kimə daha çox ziyan vuracaq?

“Birləşmiş Ştatlar dünyanın ən böyük iqtisadiyyatına malikdir və bu ölkənin atdığı iqtisadi addımlar təbii ki, dünya iqtisadiyyatına əhəmiyyətli dərəcədə təsir göstərir və göstərəcək. Bütövlükdə hesab edirəm ki, Donald Tramp gömrük rüsumu artırmaq siyasətini tədricən genişləndirərsə, bu, bütövlükdə dünya iqtisadiyyatının, dünya ticarət dövriyyəsi və ölkələrarası ticarət dövriyyəsinin azalmasına səbəb olacaq. Həm də təkcə ölkələrin yalnız ticarət dövriyyəsinin deyil, eyni zamanda ölkələrin ÜDM-nin azalmasına səbəb olacaq. Ölkələrarası ticarət baryerləri son onilliklərdə xeyli azaldılıb deyə, ticarət dövriyyəsi xeyli genişlənib. Belə bir məqamda, yenidən sərt tarif siyasətinə qayıtmaq bütövlükdə dünya iqtisadiyyatına ciddi surətdə təsir göstərəcək”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://apa.az
archiveBu xəbər 11 Fevral 2025 18:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see230

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see163

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see147

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see143

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see142

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see140

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see138

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see138

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see137

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri