Icma.az
close
up
RU
Aİ X ə cərimə tətbiq etməyə hazırlaşır

Aİ X ə cərimə tətbiq etməyə hazırlaşır

Banco.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Müəllif:Mehin Qasımova,Banco.az

Avropa İttifaqı milyarder İlon Maskın sahibi olduğu “X” sosial media platformasının Rəqəmsal Xidmətlər Aktını (DSA) pozduğuna görə 2025-ci ilin sonuna qədər cərimələnə biləcəyini açıqlayıb.

Banco.az xəbər verir ki, 2023-cü ilin dekabrından bəri davam edən araşdırma hələ yekunlaşmasa da, AFP-nin məlumatına görə, Brüssel prosesin daha da uzadılmasını istəmir.

Aİ-nin DSA çərçivəsində ilk genişmiqyaslı araşdırması ABŞ-da siyasi mənzərənin dəyişməsi fonunda xüsusilə önəm daşıyır. İlon Maskla yaxın münasibətləri olan Donald Trampın yenidən prezident seçilməsi, Brüsselin Vaşinqtonla münasibətləri gərginləşdirmədən mümkün cəzanı necə elan edəcəyi ilə bağlı suallar yaradıb.

ABŞ-ın ticarət naziri Hovard Lutnik bu həftə Brüsseldə Aİ-nin texnologiya qaydalarını tənqid edərək, qurumu “köhnə işləri yenidən açmağa” çağırıb. Aİ rəsmiləri isə qərarların yalnız hüquqi çərçivəyə əsaslandığını vurğulayırlar.

Hələlik cərimənin necə hesablanacağı bəlli deyil. Komissiya ya yalnız “X” platformasının gəlirlərini, ya da Maskın bütün şirkətlər qrupunun dövriyyəsini nəzərə ala bilər. DSA qaydaları şirkətlərin qlobal illik gəlirinin 6%-ə qədər cərimələnməsini mümkün edir.

Aİ-nin rəqəmsal siyasət üzrə rəhbəri Henna Virkkunen yaxın həftələrdə araşdırmaların bir hissəsinin başa çatacağını gözlədiyini bildirib.

“X” ilə bağlı araşdırma qeyri-qanuni məzmunun silinməsi, dezinformasiyanın yayılması, reklamların şəffaflığı və tədqiqatçılar üçün məlumat əlçatanlığı kimi bir sıra məsələləri əhatə edir.

İlkin cəzanın isə 2024-cü ilin iyulunda açıqlanan pozuntular əsasında verilməsi gözlənilir. Həmin vaxt Komissiya platformanın mavi işarə sisteminin istifadəçiləri çaşdırdığını və ödənişli etiketlər səbəbindən etibarlılığını itirdiyini bildirmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://banco.az
archiveBu xəbər 27 Noyabr 2025 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see351

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see343

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see261

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see255

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see247

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see238

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see238

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see236

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see231

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see231

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see223

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see214

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see211

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see207

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see202

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see198

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see194

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see190

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see189

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri