Icma.az
close
up
RU
Tramp anonsunu verdi: Vaşinqton Tehran münasibətləri normallaşa bilər ŞƏRH

Tramp anonsunu verdi: Vaşinqton Tehran münasibətləri normallaşa bilər ŞƏRH

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində paylaşım edərək bildirib ki, o, İranın böyük və uğurlu, lakin nüvə silahına malik olmayan bir ölkə olmasını istəyir:

"ABŞ-nin İsraillə birgə fəaliyyət göstərərək İranı darmadağın edəcəyi barədə yayılan xəbərlər həddindən artıq şişirdilib. Mən İranın sülh yolu ilə böyüməsinə və inkişaf etməsinə imkan verəcək təsdiqlənmiş nüvə sülh sazişinə üstünlük verərdim. Biz dərhal bunun üzərində işləməyə başlamalı və razılaşma imzalandıqdan və tamamlandıqdan sonra böyük bir Yaxın Şərq bayramı keçirməliyik. Tanrı Yaxın Şərqi qorusun!"

Qeyd edək ki, Donald Tramp ABŞ-ın İrana qarşı maksimum təzyiq siyasətini bərpa etməklə bağlı fərman imzalayıb.


Sözügedən açıqlama və qərarı "Sherg.az"a şərh edən İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani bildirib ki, Trampın sözləri ilə əməlləri arasında ciddi təzadlar mövcuddur:


"ABŞ dünyada hegemon güc kimi beynəlxalq siyasətə təsir göstərir. Ancaq bu, dünyanın birqütblü olması anlamına gəlmir. Vaşinqton beynəlxalq hadisələri öz maraqlarına və strategiyasına uyğun dəyərləndirir. Lakin nəzərə almaq lazımdır ki, zaman faktoru, qlobal nizam və digər ölkələrin mövqeyi də mühüm əhəmiyyət daşıyır. Ümumiyyətlə, Trampın açıqlamalarında bu cür ziddiyyətlər tez-tez müşahidə olunur. O, hətta öz müttəfiqlərinə qarşı çıxmaqdan çəkinmir. Yəni bəzən onun dedikləri ilə atdığı addımlar üst-üstə düşmür. Məsələn, onun "Biz sülhü güc yolu ilə gətiririk" fikri reallıqdan uzaqdır. Əgər güc vasitəsilə sülh mümkün olsaydı, İraqda, Əfqanıstanda və Vyetnamda sabitlik çoxdan təmin olunardı. Amma həqiqətən də belə olubmu? Bu gün rəsmi Tehran ABŞ ilə danışıqlara hazır olduğunu bəyan edir. Lakin bu danışıqlar güc yolu ilə və ya təhdid altında deyil, qarşılıqlı hörmət və bərabərhüquqlu yanaşma əsasında aparılmalıdır. Əks halda, hər hansı bir razılaşma davamlı və ədalətli olmayacaq."


Politoloq Sədrəddin Soltan isə hesab edir ki, Donald Trampın İranla danışıqlara hazır olduğunu bəyan etməsi, lakin eyni zamanda Tehrana qarşı təzyiqləri artıracağını vurğulaması, İranı mürəkkəb seçim qarşısında qoyur:

"Bu seçim ya Vaşinqtonla münasibətlərin daha da gərginləşməsi, ya da danışıqlar yolu ilə normallaşdırılması istiqamətində ola bilər. ABŞ üçün əsas prioritetlərdən biri Orta Şərqdə, xüsusilə də İsrailin təhlükəsizliyinin təmin olunmasıdır. İran və ABŞ arasındakı münasibətlərin illərdir gərgin qalmasının əsas səbəblərindən biri də məhz bu amildir. Vaşinqton İsrailin təhlükəsizliyini təhdid edəcək hər hansı addıma qarşı sərt reaksiya göstərir və İranın regional siyasəti bu kontekstdə əsas narahatlıq mənbələrindən biri sayılır. Digər tərəfdən, İranın nüvə silahına sahib olması ehtimalı da iki ölkə arasındakı münasibətlərin pisləşməsinə ciddi təsir edən amillərdən biridir. Qərb dövlətləri, xüsusilə də ABŞ, İranın nüvə proqramını təhlükə kimi qiymətləndirir və bunun qarşısını almaq üçün müxtəlif sanksiyalar tətbiq edir. Bu mövzunun aktuallığını nəzərə alaraq, Donald Trampın "Mən İranın böyük və uğurlu, lakin nüvə silahına malik olmayan bir ölkə olmasını istəyirəm" fikrini səsləndirməsi, Vaşinqton-Tehran münasibətlərinin normallaşa biləcəyinin siqnalı kimi qiymətləndirilə bilər."

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://sherg.az
archiveBu xəbər 06 Fevral 2025 20:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see271

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see196

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see189

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see186

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see179

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see160

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see156

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see152

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see130

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri