Icma.az
close
up
RU
Vaşinqton Bakı münasibətləri strateji yüksəlişdədir ŞƏRH

Vaşinqton Bakı münasibətləri strateji yüksəlişdədir ŞƏRH

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya və erməni lobbiləri ABŞ-Azərbaycan əməkdaşlığını dayandıra bilməyəcək

Məhəmməd Əsədullazadə: “Növbəti ildən ikitərəfli əlaqələr keyfiyyətcə yeni səviyyəyə qalxacaq”

Azərbaycanla Amerika Birləşmiş Ştatları (ABŞ) arasında enerji əməkdaşlığının yeni mərhələdə inkişafı ilə bağlı məsələlər müzakirə edilib. Görüşdə hazırda Vaşinqtonda Azərbaycanla əlaqələrin inkişafına böyük maraq və müsbət münasibətin olduğu qeyd edilib. Azərbaycan-ABŞ enerji əməkdaşlığının yeni mərhələdə inkişafı ilə bağlı məsələlər müzakirə edilib. İki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyasının enerji istiqaməti, "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP), müxtəlif istiqamətli enerji layihələri və digər prioritet sahələr üzrə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. ABŞ şirkətləri ilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivlərinə, enerji sahəsində mütəmadi dialoq mexanizminin yaradılması və əhatəli yol xəritəsinin hazırlanması məsələlərinə toxunulub. Bununla yanaşı, ötən həftə ABŞ və Azərbaycan arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə Strateji İşçi Qrupunun onlayn formatda tam tərkibdə ilk iclası keçirilib. Görüş zamanı regional bağlantı və ticarətin gücləndirilməsi, süni intellekt və rəqəmsal infrastruktur da daxil olmaqla iqtisadi investisiyalar, eləcə də təhlükəsizlik sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu çərçivəsində birgə fəaliyyət müzakirə edilib. Qeyd olunub ki, Prezident D.Tramp dəyərli strateji tərəfdaş Azərbaycanla əməkdaşlığı səbirsizliklə gözləyir".

Politoloq Məhəmməd Əsədullazadə Sherg.az-a açıqlamasında deyib ki, ABŞ-Azərbaycan əlaqələri yeni siyasi və hərbi əməkdaşlıq mərhələsinə keçib. Ekspertin sözlərinə görə, ABŞ-Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq sahəsində gələn ildən yeni sazişin imzalanması gözlənilir: "Xüsusilə ABŞ-nin Azərbaycana silah satışı məsələsi reallaşa bilər. Bu, ikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir. İki ölkə arasında əməkdaşlığın dərinləşməsinə mane olan əsas amillərdən biri 1992-ci ildə qəbul edilmiş "Azadlığa Dəstək Aktı"na əlavə edilən və Azərbaycana ABŞ-nin birbaşa dövlət yardımını məhdudlaşdıran 907-ci düzəlişdir. Sözügedən düzəliş uzun illərdir Vaşinqton-Bakı münasibətlərində siyasi və hüquqi problemlər yaradır. Məhz bu kontekstdə Donald Tramp Administrasiyasının 907-ci düzəlişin Konqresdə ləğvi istiqamətində prosesə başlanır. Mövcud siyasi dinamika fonunda növbəti ildən bu düzəlişin ləğv olunması real görünür. Ancaq buna paralel olaraq Amerika Erməni Assambleyası da 907-ci düzəlişin qüvvədə saxlanılması üçün Konqresdə aktiv lobbi fəaliyyətinə start verib". 

Analitik vurğulayıb ki, ABŞ Prezidenti Donald Trampın gələn il Azərbaycana səfir təyin edəcəyi gözlənilir: "Bu, Vaşinqtonun Bakı ilə münasibətlərə verdiyi siyasi önəmin göstəricisidir. ABŞ-Azərbaycan əlaqələrinin dinamik şəkildə inkişaf edərək yeni mərhələyə keçəcəyi gözlənilir. Prosesin qarşısını almağa yönəlmiş Rusiya və erməni lobbisinin cəhdləri strateji baxımdan uğursuz olacaq. Regional geosiyasi reallıqlar və ABŞ-nin Cənubi Qafqazda maraqlarının artması Azərbaycanla əməkdaşlığı qaçılmaz edir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 Dekabr 2025 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see627

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see318

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see307

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see300

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see297

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see295

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see282

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see268

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see263

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see254

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see248

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see239

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see234

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see234

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see234

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see230

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see230

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see228

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see226

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see216
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri