Icma.az
close
up
RU
“Tramp Avropa liderləri və Zelenskidən qisas alacaq” Qüdrət Həsənquliyev

“Tramp Avropa liderləri və Zelenskidən qisas alacaq” Qüdrət Həsənquliyev

Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:

- Qüdrət bəy, Tramp Putinlə telefonla danışandan sonra Ukraynaya Tomahavk raketləri verməkdən imtina etdi. Trampla Putinin Budapeşt görüşündə Ukraynada sülh barədə razılıq əldə oluna bilərmi?

- Tramp Putinə heç vaxt xəyanət etməyəcək. Etsə, bu, onun özü üçün yaxşı nəticələr verməz. O, əksinə, özünə təhlükə yaratmayacaq səviyyədə Putinə kömək etməkdə, ona zaman qazandırmaqda davam edəcək. Tomahavk raketlərinin verilə biləcəyi barədə ikibaşlı bəyanatları həm daxili auditoriyanı sakitləşdirmək, həm də sonrdan mən Putini hədələdim o da atəşkəsə razı oldu kimi bəyanatlar verilməsi üçün əsas yaradılması ilə bağlı idi. Putin müharibənin davam etdirilməsinin artıq mənasız olduğunu qəbul edəndə, Trampa deyəcək ki, vaxtı çatıb, sülh sazişi imzalamaq, əməkdaşlığı genişləndirmək olar. Tramp seçkilərdə ona qarşı olmuş və müharibəni ABŞ-nin hesabına udmaq istəyən Avropa liderlərindən, həm də Zelenskidən qisasını alacaq. Zelenskiyə zənginə görə Trampa impiçment elan olunmuşdu. Tramp həm də onun fərqindədir ki, bu raketlər də indiyə qədər verilmiş digər müasir silahlar kimi Ukraynaya öz torpaqlarını işğaldan azad etməyə kifayət etməyəcək. Ukrayna yalnız NATO müharibəyə qoşulduqda torpaqlarını işğaldan azad edə bilər. Bu halda isə Rusiyanın nüvə silahından istifadə etməyəcəyinə heç kim təminat verə bilməz. Ona görə də NATO müharibəyə qoşulmayacaq.
Düşünürəm, Budapeştdə atəşkəs barədə razılıq əldə oluna bilər. Yaxud, ən azı razılıq əldə oluna bilər ki, energetika obyektlərinə hava zərbələri endirilməsin. Putin Trampdan bunu istəyə bilər. Çünki Rusiyanın, ümumiyyətlə, hər iki tərəfin enerji sektoru bu zərbələrdən xeyli ziyan görür. Qarşıdan isə qış gəlir.
- Ukrayna ərazi itkisi ilə barışacaqmı?

- Ukraynalılar digər slavyan xalqları kimi döyüşkəndirlər, amma müharibədə haqlı olanlar yox, güclülər, güclü müttəfiqləri olanlar qalib gəlir. Baxın, Çin kimi iqtisadi və hərbi baxımdan güclü, 1.5 milyard əhalisi olan dövlət öz ərazi bütövlüyünü təmin edə bilmir. İkinci dünya müharibəsindən sonra Azərbaycan hələlik Xorvatiyadan sonra belə problemi olmuş, amma ərazi bütövlüyünü bərpa etməyi bacaran, bu cür şərəfə nail olmuş ikinci xalqdır, dövlətdir.
Ukraynaya itirdiyi torpaqlar qarşılığında NATO tərəfindən təhlükəsizlik qarantiyası veriləcəksə və ona ölkəni bərpa etmək üçün ciddi maliyyə yardımı ediləcəksə, Avropa İttifaqına qəbul olunacaqsa, bu, Ukrayna üçün uğur sayıla bilər. Bu, onlar üçün böyük təskinlik olar. Arzu edək ki, tezliklə müharibə başa çatsın. Tramp isə layiq olduğu Nobel sülh mükafatını gələn il alsın.

- Avropa liderləri alçaldıcı sülhə razı olacaqmı?

- Qorxaqlar həmişə alçaldılır, onların aqibəti həmişə belə olur. Onlar əllərindəki silahları, qorxaqlıqlarından özümüzə lazımdır bəhanəsi ilə Ukraynaya vermədilər, sanki başqa bir dövlət onlara müharibə elan etməyə hazırlaşırmış. Ukraynaya ciddi yardım etmədilər. Rusiyaya onu sülhə məcbur edəcək sanksiyalar tətbiqindən qorxdular. Öz komfort həyatlarını bir balaca da olsun sıxıntıya salmaq istəmədilər. Bəlağətli bəyanatları isə yalnız ürək bulandırdı. Tramp onlara kimliklərini göstərir və deyir ki, təhlükəsizliyiniz üçün ayaqlarımızı möhkəm qucaqlayın. Avropa Ukraynanın tam işğalını gözləyirdi və işğalı qəbul etməyə hazır idi. Sadəcə Ukrayna xalqı müqavimət göstərdi, ölkəsinin 70,75 %-ni qorudu. Bu xalq ən böyük hörmətə layiqdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 20 Oktyabr 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri