Tramp Azərbaycan və Ermənistan arasında razılaşma əldə etməyə yaxındır Amerikalı senator
Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
ABŞ Prezidenti Donald Tramp Azərbaycan və Ermənistan arasında sülh sazişi bağlamaq ərəfəsindədir.
“Report” xəbər verir ki, bu barədə Respublikaçılar Partiyasının üzvü, amerikalı senator Stiv Deyns “The Wall Street Journal” üçün yazdığı məqalədə bildirib.
“Bu, möhtəşəm nailiyyət – regional və beynəlxalq sülhə töhfə verəcək sabitliyə doğru atılan daha bir addım, eləcə də iştirak edən ölkələrin sərhədlərindən çox-çox uzaqlara çıxan iqtisadi faydalar olacaq”, - o deyib.
Senatorun sözlərinə görə, üçüncü dövlətlərin və ya təşkilatların sülh yaratmaq cəhdlərinin çoxu nəticəsiz olub. Deyns qeyd edib ki, əvvəlki ABŞ administrasiyaları regiona və sülh danışıqlarına prioritet diqqət göstərməyib.
Onun sözlərinə görə, Tramp regionda və onun hüdudlarından kənarda artımı və sabitliyi təşviq edir.
Deyns əlavə edib ki, Ermənistan və Azərbaycan liderləri tərəfindən tezliklə bu sazişin imzalanması Cənubi Qafqazda və bütün dünyada sülh və sabitliyə töhfə verəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 04 Avqust 2025 21:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















